Bagla

Həkimdən soruş

Hekimden sorus







Təhlükə rəmzi olan təbiət rəngli Radiasiya

Radiasiya – bir sıra radioaktiv kimyəvi elementlərin nüvələrinin parçalanması zamanı yaranan enerjidir. Təbiətdə hələdə bilinməyən, ixtira olunmayan saysız-hesabsız möcüzəli kimyəvi elementlər var. Bir qismi isə artıq kəşf olunub həyatımızın bir cox sahələrində uğurla istifadə olunur. Bunlardan əhəmiyyətinə və aktuallığına görə diqqəti çəkən 20-ci əsrin əvvələrində tapılmış Uranium və Raidumdur. Uran və radiy radiokaktiv, yəni enerji saçan, parıldayan maddələrdir və bu maddələri insan qəliz bir proseslə yəni zənginləşdirərək onların radioaktivliyini daha çox artırmağa nail olmuşdur. Radiasiya insan sağlamlığı üçün çox təhlükəlidir, lakin buna baxmayaraq onun tibbdə faydasıda az deyildir, nümunə kimi rentgen və digər radioaktiv şüa ilə işləyən tibbi diaqnostika aparatlarını qeyd edə bilərik. Bu cihazların ixtirası diaqnostik tibb elmində inqilabi addım sayılır və radioaktivlik icad olunmasaydı mövcudluğu mümkün  olmayacaq bir sahə olaraq qalacaq idi. Ancaq bu gün tibbdə erkən və dəqiq diaqnozun tapılmasında radioaktiv cihazlarin yeri alternativsizdir.

Aşağıdakı informativ mətn isə radiasiyanın maraqlı aspekti haqqındadır.

 

Radiasiya və ya radioaktiv elementlərə gəldikdə ağlımıza hansı rəng gəlir?

Şübhəsiz ki, çoxları yaşıl düşündü. Ancaq həqiqət budur ki, çox az radioaktiv maddə öz-özünə parıldayır və bu proses yayılmış hissəciklərin ətrafındakı materiallar ilə qarşılıqlı təsiri nəticəsində yaranır. Bu parıltı sarı, mavi və sarımtıl ola bilər… Ancaq nədənsə radiasiya ilə sıx əlaqələndirdiyimiz yaşıl rəngdir. 
Bu stereotipin günahkarı, radioaktiv metal sayılan radiumdur. 20-ci əsrin əvvəllərində elm radiasiyanın təbiəti və yeni radioaktiv elementlərin kəşfi istiqamətində irəliyə doğru böyük bir addımlar atdı. Maraq və yenilik gətirmək istəyi insanları radioaktiv maddələrdən, məsələn, məişət əşyalarının kütləvi istehsalında istifadə etməyə məcbur etdi, xüsusən də o dövrün elmi hələ radioaktiv şüaları insanlar üçün təhlükəli  hesab etmirdi.

 

Əqrəbləri və rəqəmləri radium boyalı olan saat

Radiyasiya əsasında parlaq bir boya hazırlanmışdır, burada radiumun radioaktiv şüalanması yaşıl bir radioluminesans yaratdı. Bu qədər rahatdır: uzun illər qaranlıqda olan yerləri radium boya ilə rəngləmək! Belə bir boya, otaq saatlarında, qaranlıqda, nəqliyyat vasitələrinin kabinələrində və hətta bəzi dizayn tərtibatında istifadə edilməli olan cihazlarda, nömrələri və yaxud hansısa nişanın aydın görünməsi  üçün istifadə edilmişdir. Nəhayət elm radiasiyanin insanlara təhlükəsini anlayanda  hər kəs təcili olaraq radium boyası əşyalardan qurtulmağa başladı və ictimai şüurda əbədi yaşanan yaşıl parıltı “radiasiya” sözü ilə əlaqələndirilməyə başladı. Bununlada bəşəriyyət radioaktivlikdən qorunmağa və belə tipli şualardan uzaq durmağa başladı, lakin buna kimi bir çox insan hətta dahi qadın alim, radiasiyanın kəşfinin və öyrənilməsinin banilərindən biri  Mariya Küri radiasiyanın qurbanı oldular. Kürinin şəxsi əşyalarının radiokativiliyi hələdə çox yüksək olduğundan onlar xüsusi, şua buraxmayan mühitdə saxlanılır. Radioaktivlikdən özünüzü, ilk növbədə isə azyaşlıları mütləq qoruyun. Əks halda sağlamlığınıza dəyən zərər geridönülməz və müalicəsi olmayan qorxunc fəsadlarla nəticələnə bilər.

 

Tural Kazımzadə


 682    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *