Bagla

Həkimdən soruş

Hekimden sorus







Tibb: dəmir adam

İnsan bədəninin hansı orqan və hissələri “sınanda” əvəz oluna bilər, hansıları isə artıq əvəz edilir?

 

Göz
Argus II — ən mükəmməl bionik gözlərdən biridir. Təsviri eynəyə quraşdırılmış miniatür kamera alır, sonra məlumat birbaşa torlu qişaya yeridilmiş protezə ötürülür və salamat qalmış sağlam hüceyrələri stimulyasiya edir. Təəssüf ki, bu gözlərin icazə qaydası yalnız 6×10 pikselə çatır.

 

Dişlər
Bu gün diş implantları ilə heç kimi təəccübləndirmək olmaz, lakin həkimlər hesab edir ki, 2021-ci ilin ortalarına qədər qocalmış və korlanmış dişlər əvəzinə yeni təbii dişlər becərə biləcəklər. Kolumbiya universitetinin Ceremi Mao başçılıq etdiyi tədqiqatçılar komandası bunu artıq laboratoriya heyvanları üzərində nümayiş etdirib.

 

Burun
Zədələnmiş burun əvəzinə yenisi birbaşa pasiyentin bədənində becərilir. Orqanın strukturu qığırdaq toxumasından bərpa edilir və dəri altına tikilir. Zahirən qorxunc görüntüdür, amma bir neçə aydan sonra formalaşmış yeni burun öz yerinə köçürülür, daha iki ildən sonra isə əməliyyatın izi də qalmır.

 

Qulaq
Koxlear protezlər MED-EL, Advanced Bionics və s. İtirilmiş eşitmə qabiliyyətini əvəz edə bilir. Mikrofon səs siqnallarını qeydə alır, xüsusi mikrosxem isə onları elektrik impulsa çevirir. Simsiz rabitə ilə impulslar implanta ötürülür və eşitmə sinirləri stimulyasiya olunur.

 

Beyin
2021-ci ilin yayında Neuralink layihəsi sinir hüceyrələrinə qoşulacaq. 1024 ən incə elektroddan ibarət olan 23×8 mm-lik ölçülü mikroçip təqdim etdi. Bu cür qurğular nə vaxtsa neyronların aktivliyinin dəqiq qeydə alınmasına imkan yaradacaq və insan elektronikanın vasitəsi ilə təfəkkür qüdrətini idarə edəcək.

Ürək
Ürəyin zədələnmiş “ehtiyyat hissələrini” dəyişmək üçün bir yığın ritm aparıcısı, nasosları və s. qurğuları mövcuddur. Lakin orqanın bütöv protezini yaratmaq hələ ki, mümkün olmayıb.

 

Ağciyərlər
Bu orqanı MC3 şirkətinin istehsalçıları bərpa etməyə cəhd göstərirlər. Biolung qurğusu normal qaz mübadiləsini təmin etməli və döş qəfəsində yerləşdirilməlidir. Göründüyü kimi, buna çatmaq hələ ki, mümkün olmayıb. 2018-ci ildə alimlər heyvanlar üzərində aparılmış təcrübələrdən məlumat verdi, amma 2021-ci ilə qədər yeni nəticələr əldə olunmayıb.

 

Qan
2021-ci ildə alimlər oksigeni və karbon qazını orqanizmə nəql edən süni eritrositlərin alınma üsulunu təqdim edib. Bunun üçün “təbii” hemoqlobin molekulları inert polimerlə örtülür. Bu materialın tərkibində qan qrupları zülalları yoxdur, odur ki, “eritrositlər” hər pasiyent üçün yararlıdır.

 

Ayaqlar
Karboplastik yaylı Cheetah Flex-Foot protezləri o qədər effektiv alındı ki, onlardan istifadə edən Cənubi afrikalı paralimpiyaçı Oskar Pistorius, hətta yarışlardan müvəqqəti kənarlaşdırıldı. Hakimlər hesab etdi ki, protezlər idmançıya aşkar üstünlük verir.

 

Diz
Yüksək texnoloji C-Leg protezlərində kompüter oturacaqlarının hündürlüyünü tənzimləyən hidrosilindrlərdən, təzyiq və bükülmə ötürücülərindən və bu məlumatları işləyən mikroprosessorlardan istifadə edilir. Dizin funksionallığını bərpa etmək çox çətin məsələ oldu.

 

Əl
I—LIMB Hand kimi bionik protezlər salamat qalan əzələ toxuması sahələrinə və ya birbaşa sinir liflərinə qoşulur. Dəqiq elektronika alınmış siqnalı interpretasiya edir və kompakt elektromühərrikləri hərəkətə gətirir. Beləliklə, süni ətraf əllərin bəzən çox mürəkkəb təbii hərəkətlərini belə bərpa edir.


 918    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *