Britaniya Tibb Jurnalı (BMJ) və Asiya İnkişaf Bankı (AİB) ilə birgə əməkdaşlığı nəticəsində tibb işçiləri üçün virtual Koronavirus Məlumat Mərkəzi yaradılmış və ödənişsiz əsasla istifadəyə verilmişdir.
Virtual Koronavirus Məlumat Mərkəzi, BMJ-nin klinik qərara dəstək üçün onlayn resursları olan BMJ Best Practice və BMJ Learning saytları vasitəsilə ən son yeniliklər, onlayn modullar, pasiyentlər üçün məlumat, broşürlər və tibbi prosedurlara dair videolara ödənişsiz çıxışı təmin edir.
Koronavirus Məlumat Mərkəzinin yaradılması zamanı Qafqaz, Orta Şərq və Cənub-Şərqi Asiya ölkələrinin həkimləri və tibb bacıları üçün tərtib olunmuş pandemiyaya hazırlıq proqramı olan BMJ-nin Klinik Qərarlara Dəstək Təlimi Təşəbbüsü təcrübəsinə istinad edilmişdir.
Koronavirus Məlumat Mərkəzi rus və ingilis dillərində fəaliyyət göstərir.
Xidmətdən istifadə qaydaları:
1. Koronavirus Məlumat Mərkəzinə daxil olun:
https://covid-19.bmj.com/ru/ (rus dilində) və ya https://covid-19.bmj.com/ (ingilis dilində)
2. Koronavirus Məlumat Mərkəzinə daxil olduqdan sonra:
BMJ Best practice-də ödənişsiz mövzular siyahısı:
COVID-19 haqqında məlumat |
|
COVID-19 Differensial diaqnostikası
|
|
Yanaşı xəstəliklər və COVID 19-a bağlı hallar |
|
BMJ Learning-də ödənişsiz mövzular siyahısı:
Fərdi mühafizə vasitələri və infeksiyaya nəzarət |
|
COVID-19 və diferensial diaqnostika |
|
Yanaşı xəstəliklər və COVID- 19-la bağlı hallar |
|
Məlumat üçün bildiririk ki, 180 il fəaliyyət göstərən BMJ-nin əsas fəaliyyət məqsədi dəyərlərə əsaslanaraq «daha sağlam dünya» yaratmaqdır. BMJ dünyada geniş auditoriyası olan qlobal bir brend kimi səhiyyə təşkilatları və tibb işçilərinə gündəmdə olan ən mühüm səhiyyə problemlərini həll etməkdə köməklik edir.
İstifadəçilərini ən mükəmməl elmi mənbələrlə təmin etmək məqsədilə dünya 8000-dən çox tibb təşkilatı ilə əməkdaşlıq edir. Şirkət tibbi məlumatlar barəsində məlumatları istifadəçilərinə 14 dildə təqdim edir. Vacib səhiyyə problemlərinin daha yaxşı həllinə kömək etmək məqsədilə klinisistləri dəlillərə əsaslanan ən son tibbi məlumatlarla təmin edir.
Bir cavab yazın