Bagla

Həkimdən soruş

Hekimden sorus







Tibb yardımı keyfiyyəti ekspertizasının qaydaları

Tibb yardımı keyfiyyətinin ekspertizası məsələləri aktuallığını itirmir, bu da təəccüblü deyil, çünki bu məsələlərin tibbi yardım göstərən bütün müəssisələrə aidiyyatı var, demək, tibbi yardıma görə müraciət edən vətəndaşların maraqları ilə birbaşa əlaqəsi var.
Tibb yardımı keyfiyyətinin ekspertizası tibbi yardım göst ərilərkən yol verilən pozuntuların aşkar edilməsi, o cümlədən yardımın vaxtında aparılmasının, profilaktika, müalicə və reabilitasiya üsulları seçiminin düzgünlüyünün, gözlənilən nəticənin qiymətləndirilməsi məqsədi ilə aparılır. Demək olar ki, məhz tibb yardımı keyfiyyətinin ekspertizası tibb yardımı keyfiyyətinin ən vacib nəzarət və qiymətləndirmə mexanizmidir.

 

Belə bir sual yarana bilər ki, tibbi təşkilatın nəzdində yaradılan həkim komissiyasının keyfiyyət ekspertizası aparmaq səlahiyyəti varmı?
Həkim komissiyasının funksiyalarına o cümlədən daxildir:
– komissiya araşdırması tələb edən mürəkkəb və münaqişəli hallarda vətəndaşların profilaktikası, diaqnostikası, müalicəsi, tibbi reabilitasiyası və sanator-kurort müalicəsi məsələlərinə dair qərarların qəbul edilməsi;
– müalicə-diaqnostika tədbirlərinin keyfiyyəti, əsaslandırılması və effektivliyinin, o cümlədən dərman preparatları təyinatının qiymətləndirilməsi;
– pasientlərin diaqnostikası və müalicəsi prosesində yol verilən pozuntuların qarşısının alınması və aradan qaldırılması tədbirlərinin işlənib hazırlanması;
– pasient ölümü hallarının öyrənilməsi, tibb təşkilatının və tibb işçilərinin fəaliyyətində yol verilən və pasientin ölümünə səbəb olmuş pozuntuların aradan qaldırılması üzrə tədbirlərin hazırlanması.
Göründüyü kimi, göstərilən funksiyaların yerinə yetirilməsi tibb yardımı keyfiyyətinin ekspertizası aparılmadan mümkün deyil.

Tibb yardımı keyfiyyətinin ekspertizası xəstəliklər və ya patoloji vəziyyətlər qrupu üzrə formalaşan tibb yardımı keyfiyyəti meyarlarına və ya tibb yardımının müvafiq göstərilmə qaydalarına, tibb yardımı standartlarına və klinik tövsiyələrə (müalicə protokolları) uyğun olaraq aparılır.

 

Tibb yardımı keyfiyyəti üzrə ekspert qismində çıxış edə bilər:
– tutduğu vəzifəsinə görə tibb yardımı keyfiyyəti ekspertizasını aparmasına vəkalət verilmiş şəxs;
– tibb yardımı keyfiyyəti ekspertizasını həyata keçirən orqan və ya təşkilatın tibb yardımı keyfiyyəti ekspertləri registrinə (məlumat bazasına) daxil edilmiş şəxs.
Tibb yardımı keyfiyyətinin ekspertizası xarici və daxili olur.
Tibb yardımı keyfiyyətinin daxili ekspertizası – tibbi təşkilatda göstərilən tibb yardımının keyfiyyətinin qanunvericiliyə uyğun tibb fəaliyyətinin keyfiyyəti və təhlükəsizliyinə daxili nəzarət aparmasına vəkalət verilmiş dövlət, bələdiyyə və özəl səhiyyə sistemləri orqanlarının mütəxəssisləri tərəfindən aparılan ekspertizası formasıdır.

 

Tibb yardımı keyfiyyətinin daxili ekspertizası üç mərhələdə aparılır:
1-ci mərhələ – tibb təşkilatının struktur bölmələrinin rəhbərləri tərəfindən;
2-ci mərhələ – tibb təşkilatı rəhbərinin bu və ya digər tibb yardımı sahələrinə nəzarət edən müavinləri tərəfindən (müalicə işi üzrə, ambulator-poliklinika yardımı üzrə, klinik-ekspert işi üzrə və s.);
3-cü mərhələ – tibb təşkilatının həkim komissiyası.

 

Kiçik tibb müəssisələrində ekspertizanın birinci və ikinci mərhələləri birləşdirilə bilər. Tibb təşkilatının struktur bölmələrinin rəhbərləri, tibb təşkilatı rəhbərinin bu və ya digər tibb yardımı sahələrinə nəzarət edən müavinləri tutduğu vəzifəsinə görə tibb yardımı keyfiyyətinin daxili ekspertizasını keçirməyə vəkalət edilmiş şəxslərdir.
Tibb yardımı keyfiyyətinin daxili ekspertizası aşağıdakı şəkildə aparılır:
a) tibb yardımı keyfiyyətinin məqsədli ekspertizası;
b) tibb yardımı keyfiyyətinin planlı ekspertizası.

 

Tibb yardımı keyfiyyətinin məqsədli ekspertizası aşağıdakı hallarda keçirilir.
1. Stasionarda tibb yardımı keyfiyyətinin məqsədli ekspertizasına göstərişdir:
– bütün letal nəticələr;
– yatrogen xəstəliklər (həkim tərəfindən törədilən);
– xəstəxanadaxili yoluxma halları;
– tibbi müdaxilə zamanı baş verən fəsadlar;
– planlı əməliyyata görə daxil olunmuş pasientlərə plandankənar operativ müdaxilə aparıldığı hallarda;
– bir il ərzində eyni xəstəliklə əlaqədar tibbi yardım göstərilməsi texnologiyası ilə əsaslandırılmayan təkrar hospitalizasiya halları;
– pasientlərin və onların qanuni nümayəndələrinin şikayətləri;
– intensiv terapiya və reanimasiya şöbələrinə (palatalarına) bütün təkrar hospitalizasiya halları;
– xəstəliklərin tibbi yardım standartları ilə təyin olunmuş və ya təsdiqlənmiş tibbi yardım standartı tətbiq olunmayan xəstəliklə bağlı hesabat dövründə pasientlər üçün ortahesablanmış müalicə müddətinin 50 faizdən artıq uzadılması və ya qısalması halları;
– dərman vasitələri təhlükəsizliyi və tibb məhsulları təhlükəsizliyinin monitorinqi tələb olunan bütün hallar;
– digər zəruri hallar.
Ambulator – poliklinika təşkilatında (bölmələrində) tibb yardımı keyfiyyətinin məqsədli ekspertizası aşağıdakı hallarda keçirilir:
– bütün ölüm halları;
– iş qabiliyyəti yaşlı şəxslərin ilkin əlillik alması halları;
– ilk dəfə verilən xəstəlik vərəqələri (təsadüfi seçmə üsulu ilə 10%-dən 30% qədər);
– müalicəsiz buraxılmış onkoloji xəstəliklər formaları, vərəm halları;
– pasientlərin və onların qanuni nümayəndələrinin şikayətləri;
– dərman vasitələri təhlükəsizliyi və tibb məhsulları təhlükəsizliyinin monitorinqi tələb olunan bütün hallar;
– digər zəruri hallar.

 

Tibb yardımı keyfiyyətinin məqsədli ekspertizalarının sayı bu ekspertizanı tələb edən halların sayı ilə müəyyənləşir.
Tibb yardımı keyfiyyətinin planlı ekspertizası göstərilən tibbi yardımın həcmi, müddəti, keyfiyyəti, təhlükəsizliyi və göstərilmə şəraitinin tibb təşkilatı bölmələrinin profilinə, yaşına, xəstəliyi və ya xəstəliklər qrupuna, digər əlamətlərə və şərtlərə görə ayrılmış pasient qruplarına uyğunluğunun qiymətləndirilməsi məqsədi ilə keçirilir.
Tibb yardımı keyfiyyətinin planlı ekspertizası bu üsullarla seçilmiş tibb yardımı hallarına tətbiq olunur:
a) təsadüfi seçmə üsulu;
b) tematik oxşarlıq cəminə görə.
Təsadüfi seçmə üsulu ilə tibb yardımı keyfiyyətinin planlı ekspertizası pasientlərin vaxtında zəruri həcmdə və keyfiyyətdə tibbi yardım almaq haqqının pozulduğu, o cümlədən qeyri-düzgün aparılmış və pasientin sağlamlığının pisləşməsinə səbəb olmuş, əlavə mənfi risk yaradan, pasientin aldığı tibb yardımından narazı qalmasına səbəb olan profilaktik, diaqnostik, müalicə, reabilitasiya tədbirləri hallarının xarakteri, tezliyi və səbəblərinin qiymətləndirilməsi məqsədi ilə keçirilir.

 

Tibb yardımı keyfiyyətinin planlı tematik ekspertizası aşağıdakı məsələlərin həllinə yönəlib:
– müalicə-diaqnostika prosesində yol verilən tipik (təkrarlanan, sistematik) səhvlərin aşkar edilməsi, onların xarakteri və səbəblərinin araşdırılması;
– tibb təşkilatı bölmələrinin profilinə, yaşına, cinsinə və digər əlamətlərə görə ayrılmış pasient qruplarına göstərilən tibb yardımı keyfiyyətinin müqayisəsi;
– tibbi yardımın keyfiyyət və təhlükəsizliyi qüsurlarının qarşısının alınmasına dair təkliflərin işlənib hazırlanması və həyata keçirilməsi.
Tibb yardımı keyfiyyətinin ekspertizası pasientin tibbi yardım aldığı müddətdə (əyani ekspertiza), o cümlədən pasientin və ya qanuni nümayəndəsinin müraciəti əsasında keçirilə bilər.

 

Tibb yardımı keyfiyyətinin ekspertizasını keçirən ekspert tərəfindən ekspertizanın keçirilməsini təsvir edən və nəticələrini əks etdirən ekspert rəyi tərtib olunur (tibb yardımı keyfiyyəti ekspertizası aktı). Ekspert rəyinin forması tibb təşkilatının rəhbərliyi tərəfindən təsdiq edilir.

 

Tibb yardımı keyfiyyətinin xarici ekspertizası – tibb təşkilatında göstərilən və ya göstərilmiş tibb yardımının qanunvericiliyə uyğun tibbi fəaliyyətin keyfiyyəti və təhlükəsizliyinə dövlət və təsisat nəzarətini həyata keçirməyə vəkalət edilmiş orqanların mütəxəssisləri tərəfindən aparılan keyfiyyət ekspertizasıdır.


 54    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *