Bagla

Həkimdən soruş

Hekimden sorus







“Topun insanın başına açdığı oyun”…

İdman sağlamlıqdır desək də bəzən onun sağlamlığımız üçün ən böyük təhlükə mənbəyi olduğunun fərqində olmuruq. Bəzən qaydalara riayət etməmək və alınan hər hansı bir zədə bədənimizdə ömürlük izlər buraxa bilər. Məsələn, bir mövzuya toxunaq. Hansı ki, bu bəlkə də heç kəsin ağlına belə gəlməyib. Futbolçular topa başla zərbə vurarkən onun beynində hansı fəsadları meydana gələ bilər? bu barədə düşünməmisinzsə o zaman əməkdaşımız Bəxtiyar Məcidlinin araşdırmasına nəzər yetirək.

 

“TOPUN İNSANIN BAŞINA AÇDIĞI OYUN”…

TOPA BAŞLA ZƏRBƏNİN AĞIR FƏSADLARI

Baş insan vücudunun ən həssas hissəsidir. Bu səbəbdən onun daha çox qorunmağa ehtiyacı var. Lakin  çox vaxt biz bunun fərqində belə olmuruq. Məsələn, futbol oyunu zamanı futbolçuların topa başla toxunduqlarını hər kəs görüb. Təbii ki, “normal haldır” deyəcəksiniz. Və hər hansısa bir zədənin olma ehtimalı ağıla belə gəlmir. Ancaq sən demə bu, çox yanlış yanaşma imiş. Bunu biz yox, alimlər deyir. Belə ki, idman həyatını başa vurmuş bir çox futbolçuların başla əlaqədar bəzi problemlərinin ortaya çıxması elm adamlarını düşünməyə məcbur edib.

 

Araşdırmalar sübut edib ki idmançılara aid olan travmalar arasında futbolçular bu travmalara ən çox məruz qalan idmançılardır. Əvvəllər bunlar araşdırılmırdı. Lakin son zamanlar fəsadların çoxalması bu sahənin də araşdırılmasını məcbur etmişdir. Araşdırma 1018 futbolçu arasında aparılmışdır və belə nəticəyə gəlinmişdir ki, onlardan təqribən 20 faizi futbol zamanı travma alır və eyni zamanda araşdırılmışdır ki, bu 17-19 yaşlılı futbolçularda daha çox rast gəlinir.

 

Məlum olub ki, futbolçuların aldığı travmaların yalnız 7 faizi baş nahiyəsinin payına düşür. Lakin bu travmalar hər hansı bir toqquşma nəticəsində meydana gəlir. Topa başla zərbə endirərəkən yaranan travma isə özünü illər sonra büruzə verməyə başlayır. Alimlərin fikrincə çəkisi təxminən 400-440 qram arasında dəyişən topun mütəmadi olaraq başa dəyməsi beyinin zərər görməsinə səbəb olur. Nəzərə alaq ki, futbolçular oyun zamanı topa dəfələrlə baş zərbəsi endirir. Və topun başa dəyərkən hərəkət sürətini də hesaba alsaq, o zaman beyinə hansı çəkidə zərbə dəydiyini təsəvvür etmək çətin olmaz.

 

Aydın olmuşdur ki, kiçik zədələnmələr hansı ki, oyun zamanı özünü büruzə vermir gələcəkdə bu agır fəsadlaşma ilə özünü büruzə verir. Məlumdur ki, beyin hüceyrələrinin  çox cüzi bir hissəsi orqanizm tərəfindən istifadə olunur və hər dəfə travma aldıqca ölmüş beyin hüceyrələri yeniləri ilə əvəz olunur. Təbii ki, cavan yetkin, orta yaşlı, ahıl yaşlı insanlarda beyin hüceyrələrinin funksiyası, keyfiyyəti də fərqli olur. Get-gedə ölən hüceyrələri daha yaşlı hüceyrələr əvəz etməyə başlayır. Bu da gələcəkdə yaşlı dövrlərdə, ahıl dövrlərdə bir çox nevroloji, psixoloji xəstəliklərin meydana çıxmasına səbəb olur.

 

Zərbə nəticəsində beynin 5 hissəsində xəsarətlər əmələ gəlir. Nəticədə alzheymer və parkinson kimi xəstəlikərə tutulma ehtimalı daha da çoxalır. Indi təsəvvür edin, azyaşlı uşaqlar hər dəfə topa başla toxunarkən onların beyninə nə qədər zərər dəyir. Məhz bu səbəbdən elm adamları həyəcan təbili çalmalı olublar. Belə ki, Amerika birləşmiş Ştatlarında 12, ingiltərədə isə 10 yaşdan aşağı uşaqların topa başla zərbə vurmaları qadağan edilib. Çünki bu, uşaqlarda beyin silkələnməsi, ürəkbulanma və beyində mikro qansızmalara səbəb olur.


 470    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *