

14 aprel tarixində Azərbaycan Vərəm Koalisiyası və “Sağlamlığa Xidmət” İctimai birliyinin (İB) təşəbbüsü ilə Tovuz rayon İcra Hakimiyyəti, Tovuz Gənclər evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş vərəmlə bağlı maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbir şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək başladı. Tədbirdə açılış nitqi ilə çıxış edən Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov vərəmlə bağlı maarifləndirmə təşəbbüsünü təqdirəlayiq hesab etdiyini qeyd edərək tədbiri açıq elan etdi. İcra Hakimiyyətinin nümayəndəsi Akif Ələkbərov İcra Başçısı Məmməd Məmmədov adından tədbir iştirakçılarını salamlayaraq rayonda infeksion xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsinin çox vacib olduğunu vurğuladı. “Sağlamlığa Xidmət” İB-in icraçı direktoru Pərvanə Vəliyeva Koalisiyanın gördüyü işlər və layihələr barədə təqdimatla çıxış etdi.
Koalisiya sədri Elçin Muxtarlı vərəmin dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlik olduğunu bildirərək qeyd etdi ki, ötən il dünyada 1,6 milyon insan vərəmdən dünyasını dəyişib.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi, Dr.Mətanət Qaraxanova təqdimatla, layihə koordinatoru Sona Hacıyeva isə mövzu ilə bağlı ətraflı çıxış etdi, vərəmdən qorunma yolları barədə tövsiyyələr verdi.
Tədbirdə çıxış edən Koalisiyası üzvləri vərəm haqqında, onun yoluxma yolları, profilaktikası barədə məlumat verdilər. “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-in sədri Ziba Nəbiyeva viruslu hepatitlər, onların yoluxma yolları və qorunma qaydaları haqqında məlumat verdi, daha sonra məlumatlandırıcı sosial videoçarx nümayiş olundu. Tədbirdə eyni zamanda Koalisiyaya üzv təşkilatlardan “Əlilliyi olan Şəxlərin sosial müdafəsinə və inteqrasiyasına Dəstək” İB və “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İB iştirak edirdilər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı, fikir mübadiləsi aparıldı.




Bir cavab yazın