Bagla

Həkimdən soruş

Hekimden sorus







Ümumdünya Hepatitlə Mübarizə Günü qeyd edilib

 

Ümumdünya Hepatitlə Mübarizə Günü ilə bağlı Hepatoloji Mərkəz by Referans Medical Group-da Hepato Club-un növbəti  maarifləndirici tədbiri keçirilib.

 

Ümumdünya Hepatitlə Mübarizə Gününə özəl keçirilən tədbirdə bir sıra tanınmış hepatoloqlar, qastroenteroloqlar, diyetoloqlarda qonaq qismində iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Hepatoloji Mərkəz by Referans Medical Group-un Baş həkimi, infeksionist-hepatoloq, tibb üzrə fəlsəfə doktoru Hicran Xıdırova  bu günün qeyd edilməsinin önəmi, eləcə də hepatitin törətdiyi fəsadlar, ona qarşı mübarizə yolları, bu virusun yayılma səbəbləri, həmçinin müalicəsi barədə məlumat verib. 

 

Ümumdünya Hepatitlə Mübarizə Gününə təsadüf edən bu dəfəki Hepato clubun əsas məqsədlərdən biri hepatit viruslarının bütün dünyada aktual problem olduğunu, xəstələrə, cəmiyyətə nə qədər əngəl yaratdığını diqqətə çatdırmaqdır. Həmçinin belə tədbirlərin davamlı olacağını vurğulayan Hicran xanım onu da əlavə edib ki,  insanları maarifləndirmək, onları vaxtında həkim yoxlanışından keçməyi, peyvənd olunaraq hepatitə yox demək və dünya ilə birlikdə 2030-cu ili “No hep” ili elan etdiklərinə görə ölkəmizin məhz bu axına qoşulmağına yardımçı olmaqdır. 

 

Tədbirdə çıxış edən digər  həkim qonaqlar qeyd ediblər ki,  hepatitlərlə mübarizə hər zaman, hər gün olmalıdır. Bu işlə təkcə tibb müəssisələri deyil, həm də cəmiyyət məşğul olmalıdır. Hər il bu tarixin qeyd olunması bir növ xatırlatma xarakteri daşıyır ki, insanlar bu problemin nə qədər aktual və ciddi olduğunu anlasınlar. Qonaqlar onuda əlavə ediblər ki, bu tipli tədbirlər nə qədər davamlı olsa cəmiyyyətdə o qədər maarifləcəkdir.

 

Sonda iştirakçıların sualları cavablandırıldı və hədiyyələr təqdim olundu.


 768    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *