Bagla

Həkimdən soruş

Hekimden sorus







Ümumdünya Maskadan İstifadə Həftəsi

7-14 avqust Ümumdünya Səhiyyə Təşkilatı və 40-dan artıq tərəfdaşın təşəbbüsü ilə Ümumdünya Maskadan İstifadə Həftəsi elan olunub.

 

Bu həftənin məqsədi dünyada daha çox insanı maskadan istifadə etməyə təşviq etməklə, COVID-19-un yayılmasının qarşısını almaqdır.

 

Dünyada virusa yoluxma hallarının sayındakı artımı nəzərə alaraq, cəmiyyətdə maskadan davamlı istifadə COVID-19-un yayılmasının qarşısını almaq üçün vacibdir. COVID-19-a qarşı peyvənd və digər müalicə vasitələri hazır olanadək, fiziki məsafə saxlamağın mümkün olmadığı yerlərdə maskalar virusdan qorunmaq üçün mövcud olan ən yaxşı vasitələrdən biridir. Bununla yanaşı, maskadan istifadə etməklə, biz dünyadakı digər insanlarla həmrəyliyimizi nümayiş etdiririk. “Təmiz Əllər”, “Evdə qal, sağlam qal” kampaniyalarımızda olduğu kimi, burada da, məqsəd insanlara virusun ötürülmə zəncirini qırmağın hər kəsin məsuliyyəti olduğunu xatırlatmaqdır.

 

Ümumdünya Səhiyyə Təşkilatı bu həftəyə həsr olunmuş yeni #MaskaTax kampaniyasını başladıb və insanları maskadan istifadə edərək, şəkil və ya videolarını çəkib paylaşmağa həvəsləndirir.

 

Maska təkbaşına COVID-19-a yoluxmanın qarşısını almır. Maskadan istifadə etməklə yanaşı, fiziki məsafəni qoruyun, əllərinizi tez-tez yuyun, insanların sıx toplaşdığı məkanlarından uzaq durun və respirator gigiyenaya riayət edin, bu yolla həm özünüzü, həm də digərlərini qoruya bilərsiniz!


 91    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *