Anal çat – əhali arasında ən çox yayılmış proktoloji xəstəliklərdən biridir, anal kanalın selikli qişasında olan yara defektidir. Bu xəstəliklərin əsas şikayətləri – defekasiyadan sonra kəskin göynədici ağrıdır. Kəskin və xroniki formaları olur. Kəskin çat – bənzətmə olaraq, sanki, kağızı qayçı ilə kəsmisən, kənarları hamar olur və konservativ müalicə ilə (əməliyyatsız) sağalır. Bu ilk 6-8 həftəni əhatə edir. Proses dərinləşdikcə, xəstəlik xroniki formaya keçir. Xroniki anal çat – dibində daxili sfinkter lifləri görünən, hipertrofik papilla və dəri buruşu ilə müşayiət olunur. Xroniki çatda adətən müalicə cərrahidir.
Ona görə də vaxtında müayinə və müalicə ilə əməliyyatdan kənar keçmək olar. Xatırladım ki, istər müalicə üçün istifadə olunan dərmanlar, istərsə də cərrahi üsullar dünyada qəbul olunmuş protokollara uyğun aparılır.
Anal çatın diaqnozu həkim müayinəsi əsasında qoyulur, xüsusi instrumental müayinə tələb olunmur.
Sonda önəmli xatırlamam var: Anal çat xərçəngə çevrilmir, lakin oxşar əlaməti var – AĞRI. Ona görə müayinə mütləqdir.
Nəzakət Abdullayeva
Ümumi cərrah – Proktoloq
Instagram: abdullayeva.nazakat
Facebook: Nəzakət Abdullayeva
E-mail: nazakatk@mail.ru
Mob.: 055 477 34 53; 050 710 77 78
İş yeri: Kliniki Tibbi Mərkəz; MediClub klinika
Bir cavab yazın