Bagla

Həkimdən soruş

Hekimden sorus







Ümumi cərrah – Proktoloq Nəzakət Abdullayeva: Yoğun bağırsaq qanaxması

 

Qanaxmalar 0-100 arası istənilən yaş qrupunda ola bilər. Bu həm xoş, həm də bədxassəli xəstəliyin əlaməti kimi görünə bilir. Hemorroid, Anal çat, Fistula, İBX, Divertikul, Polip və s. kimi xoşxassəli xəstəliklərlə yanaşı bağırsağın bədxassəli xəstəliyində də qanaxma olur. Qanaxmanın səbəbini aydınlaşdırmaq üçün cərrah-proktoloq müayinəsi mütləqdir. Günümüzdə ən sıx rastlaşdığımız problemlərdən biri xəstələrin həkimə gecikmiş müraciət etməsidir. Xəstələr düz bağırsaq qanaxması ilə müayinədən utanır, bəzən də aylarla özbaşına müxtəlif şam və tabletlərdən istifadə edirlər. Bu da xəstəliyin daha da irəliləməsinə səbəb olur.

 

Xəstələr əvvəlcə ambulator şəraitdə proktoloq tərəfindən müayinə olunur. Əvvəlcə anamnez toplanır – qanın rəngi, ağrı, selik və s. olması. Sonra per rektum barmaq müayinəsi aparılır – bağırsağın divarında hər hansı patoloji şişkinlik və s. olması. Sonra anaskopla bağırsağın son 10-12 sm-lik hissəsi yoxlanılır. Bu məsafədə hər hansı qanayan patologiya olsa, müayinə vaxtı görünür. Bütün bu müayinələr ağrısızdır.

 

Ehtiyac olarsa, xəstələrə kolonoskopiya məsləhət görülür. Kolonoskopiya yoğun bağırsağın endoskopik müayinəsidir. Bütün bu müayinələr əsasında diaqnoz formalaşır.

 

Unutmayaq ki, hər bir bağırsaq qanamasının kolorektal xərçəngin xəbərçi olma ehtimalı yüksəkdir. Ona görə müayinə mütləqdir.

 

Nəzakət Abdullayeva

Ümumi cərrah – Proktoloq

 

Instagram: abdullayeva.nazakat

Facebook: Nəzakət Abdullayeva

E-mail: nazakatk@mail.ru

Mob.: 055 477 34 53; 050 710 77 78

İş yeri: Kliniki Tibbi Mərkəz; MediClub klinika


 3567    PAYLAŞ |

“Ümumi cərrah – Proktoloq Nəzakət Abdullayeva: Yoğun bağırsaq qanaxması” üçün bir cavab

  1. Nilufər dedi ki:

    Çox savadlı və diqqətcil həkimdir. Biliyi ve bacarıqları ilə xəstəni aydınlatır ve hər şeyi şəffaf ve dəqiq bir şəkildə başa salır. Belə həkimlər olan yerdə, ölkənin səhiyyəsinin başı aşağı əyilməz.

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *