Bagla

Həkimdən soruş

Hekimden sorus







Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi keçirilir

 

Diaqnoz Tibb Mərkəzi “Gülüstan” sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresində iştirak edib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konqres iştirakçılarına müraciəti səsləndirilib.

 

 

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Vüqar Qurbanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və digər qonaqlar çıxış edib, ürək-damar xəstəliklərinin dünyada ölüm səbəblərinin başında gəldiyini diqqətə çatdırıb, ölkəmizdə kardiologiya sahəsində görülmüş işlərdən bəhs ediblər.

 

 

Vaxtilə Klivlend klinikasında Ulu Öndərin həkimi olan məşhur kardioloq Prof. Dr. Murat Tuzcu Konqresin fəxri qonağıdır.

 

Konqresdə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov, Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarov, Kardioloqlar Turxan Yusifov və Ağadadaş Rəşidov, dünyanın 20-dən artıq ölkəsindən kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklər müzakirə edilib.

 


 605    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *