Bagla

Həkimdən soruş

Hekimden sorus







Ürək çatışmazlığında vaksinasiyanın əhəmiyyəti

 

İNFEKSİYA VƏ ÜRƏK ÇATIŞMAZLIĞI
Ürək çatışmazlığı (ÜÇ) yüksək xəstələnmə və ölüm göstəricisinə malik ciddi kardiovaskulyar xəstəlik olub, dünyada rastgəlmə tezliyi gedərək artmaqdadır. Proqnozu yaxşılaşdırmaq və ÜÇ idarə olunmasında sosial –iqtisadi təsirləri azaltmağa ehtiyac var. Əlavə olaraq, dərman maddələrinin istifadəsi və müdaxilələr, həyat tərzi dəyişiklikləri bu hədəflərə çatmağa müəyyən qədər kömək edə bilər. Ürək çatışmazlığını pisləşdirən ən əsas faktorlardan biri də tənəffüs yolu infeksiyalarıdır. Ən geniş yayılmış patogen orqanizmlər influenza virusları və pnevmokokkal bakteriyalardır. Hal-hazırda ÜÇ və influenza və ya pmeumokokkal infeksiya arasında səbəb-nəticə əlaqəsinin mövcudluğu təsdiq edilməmişdir.İnfeksiyaya bağlı ÜÇ pisləşməsi fəsli, periodik xarakter daşıyır.

İNFLUENZA VAKSİNASİYASI VƏ ÜRƏK ÇATIŞMAZLIĞI
Fəsli influenza epidemiyaları zamanı yüksək riskli xəstələrdə bütün səbəblərə bağlı ölüm göstəricisini azaltmaq baxımından influenza vaksinasiyasının aparılması effektiv tədbir hesab edilir. Yüksək riskli xəstələr adətən çoxsaylı yanaşı xəstəliklərə malikdir və bu səbəbdən tənəffüs infeksiyalarına yoluxmağa daha meylli olan yaşlı xəstələr hesab edilir. Demək olar ki ,əksər tədqiqatlar yüksək riskli xəstə qrupunda kardiovaskulyar xəstəliklərin birincili və ikincili profilaktikası məqsədilə vaxtında təyin edilmiş anti-influenza vaksinasiyasını dəstəkləyir. İnfeksion proses zamanı ÜÇ –nın pisləşməsinə səbəb olan patogenetik mexanizm birbaşa miokardial zədələnmə ,iltihab və maye yüklənməsinə səbəb ola bilər.
ÜÇ xəstələrində anti-influenza vaksinasiyası, xüsusilə yanaşı xəstəliklər mövcud olduqda ÜÇ kəskinləşməsinin ciddiyəti və tezliyi baxımından faydalıdır. Bu qrup xəstələrdə anti-influenza vaksinasiyası daha kardioprotektivdir. Geniş (52.202 ÜÇ xəstəsi) bir tədqiqatın nəticəsinə əsasən anti-influ­enza vaksinasiyası aşağı hospitalizasiya tezliyinə səbəb olmuşdur.Respirator infeksiyaların fəsli xarakterini nəzərə alaraq, ÜÇ xəstələrində vaksinasiya üçün ilkin konsept yalnız influenza fəslində (dekabr­dan aprelə qədər)qoruyucu tədbirlərin görülməsi olsa da,vaksinasiya olunmuş xəstələrdə il boyu hospitalizasiyanın əhəmiyyətli şəkildə dayanıqlı azalması məqsədilə, bu tədbirlərin il boyu həyata keçirilməsinın faydalı olduğu göstərilmişdir.

 

PNEVMOKOKK VAKSİNASİYASI VƏ ÜRƏK ÇATIŞMAZLIĞI
Pnevmokokkal xəstəliklər yaşlılar arasında geniş yayılmışdır. Pnevmokokk pnevmoniyası və ÜÇ arasında əlaqəni sübut edən məlumatların sayı əhəmiyyətli dərəcədə artmışdır. Pnevmokkoal pnevmo­niya səbəbilə xəstəxanaya qəbul olunan xəstələrin böyük əksəriyyətində adətən yanaşı olaraq kəskin miokard infarktı və ya yeni yaranmış/pisləşmiş ÜÇ rast gəlinir. Əksinə, pnevmokkal vaksinasiya pnevmoniya tezliyini azaldaraq, yaşlı populyasiyada kardiovaskulyar mortallıq və xəstələnməni azaldır. ÜÇ-da təklikdə antipnevmokokkal vaksinasiyasının əhəmiyyətini göstərən tədqiqat yoxdur. Belə ki, yeni çoxmərkəzli tədqiqat dərman müalicəsi alan və vaksinasiya (influenza və pnevmokokkal) olunmuş ÜÇ xəstələrində 30 günlük və 1 illik mortallığın əhəmiyyətli dərəcədə aşağı olduğunu göstərdi. Birmənalı olaraq ,immunogenlik və müxtəlif anti­pnev­­mo­kokkal vaksinasiya tipləri, onların dozalarının təhlükəsizliyi daha ətraflı tədqiqatların aparılmasını tələb edir.

 

Rəylər
2013-cü ildə Amerika Ürək Assosiasiyası ikincili profilaktika məqsədilə influenza və pnevmokokk vaksinasiyasının aparılmasını tövsiyə etdi. Qeyd edək ki ,bu tövsiyələr ekspert rəylərinə əsaslanmışdır. Belə ki,burada randomizə kontrollu tədqiqat yoxdur. Digər tərəfdən vaksinasiyanın əhəmiyyətini müəyyən etmək üçün geniş, kor, randomizə, kontrollu tədqiqatın aparılması vaksinasiya olunmamış xəstələrin də mövcud olması baxımından etik hesab edilmir. Lakin effektiv vaksin dozasının müəyyən edilməsi üçün tədqiqatlar davam edir. Hal-hazırda davam edən klinik tədqiqatda (NCT02787044)yüksək riskli xəstələrdə yüksək dozalı üçvalentli influenza vaksini ilə standart doza üçvalentli vaksinin müqayisəli dəyərləndirilməsi aparılır. Paralel olaraq, səhiyyə sisteminin inkişaf səviyyəsindən asılı olaraq fərqli ölkələrdə vaksinasiya tezliyi fərqlidir. PARADİGM-HF və digər registrlərin nəticələrinə əsasən inkişaf etmiş ölkələrdə bu göstərici inkişaf etməkdə olan ölkələrlə müqayisədə daha yüksəkdir.

 

Nəticə
Həm influenza, həm də pnevmokokk infeksiyası yüksək kardiovaskulyar xəstələnmə və ölüm göstəricisi ilə əlaqəlidir. Bu infeksiyalara qarşı vaksinasiya kost-effek­tivdir. ÜÇ kimi yüksək riskli xəstələrdə sağqalma göstəricisini yüksəltmək və kardivaskulyar hadisələrin qarşısını almaq məqsədilə profilaktik tədbirlərin görülməsi vacibdir. Lakin bu vaksinlərin təhlükəsizliyi və effektivliyini aydınlaşdırmaq üçün geniş miqyaslı tədqiqatlara ehtiyac var.

 

Dos.Dr. Fərid Əliyev
Dr. Ayten Hacılı


 647    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *