Bagla

Həkimdən soruş

Hekimden sorus







ÜRƏYİNİZ HƏR ZAMAN SAĞLAM OLSUN!

Ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəbidir: digər səbəblərin heç biri hər il ÜDX qədər insan tələfatına səbəb olmur. Bu baxımdan Azərbaycan da istisna deyil – bizim ölkədə ölümə səbəb olan hallar arasında ürək-damar xəstəlikləri 59% təşkil edir. Bu məyusedici rəqəm bizi belə bir sonluqdan yaxa qurtarmaq üçün həyat tərzimizdə nəyi dəyişə biləcəyimiz haqda düşünməyə vadar etməlidir. Belə ki, ürək-damar xəstəliklərini yaradan risk faktorlarının neytrallaşdırılması üçün vaxtında tədbir görülsə, infark və insultun səbəb olduğu vaxtsız ölüm hallarının 80%-nin qarşısını almaq mümkün olar. Bu tədbirlər isə, bizdən böyük səy tələb etmir, sadəcə öz həyat tərzimizi daha sağlam və fəal etməklə, onu yaxşılığa doğru dəyişməliyik.

 

ÜDX-nin yaranmasına səbəb olan əsas risk faktorları:

  • meyvə və tərəvəzlərin az istifadə edildiyi balanslaşdırılmamış qidalanma;
  • fiziki aktivliyin az olması;
  • artıq bədən çəkisi və piylənmə;
  • tütün və spirtli içkilərdən istifadə;
  • qanda xolesterin və qlükoza səviyyəsinin yüksək olması;
  • yüksək (>140/90) arterial təzyiq.

 

Ürək-damar xəstəliklərini törədən vərdişlər bir çox hallarda hələ gənc yaşlarda formalaşır, yaş artdıqca isə, ürək-damar xəstəlikləri riski daha da yüksəlir. Buna görə də, uşaq yaşlarından etibarən profilaktik tədbirlər görülməlidir. Həmçinin, müasir cəmiyyətdə sağlam həyat tərzi ilə yanaşı, sağlamlıq mədəniyyətini inkişaf etdirmək də vacibdir ki, bu da aşağıdakıları əhatə edir: xəstəliklərin və onların yaranmasına səbəb olan risk faktorlarının aşkar edilməsi məqsədilə mütəmadi tibbi nəzarətin həyata keçirilməsi, streslə mübarizə vərdişləri, aqressiv ətraf mühit şəraitində və ekoloji vəziyyətin pisləşməsi fonunda sağlamlığın qorunub saxlanması üsulları. Bu işdə əhalinin məlumatlandırılması çox mühim rol oynayır və Ümumdünya Səhiyyə Təşkilatı bu məqsədlə müxtəlif tədbirlər təşkil edir və həyata keçirir.

 

Hər il 29 sentyabrda qeyd edilən ümumdünya ürək günü ilk dəfə Ümumdünya ürək federasiyasının təşəbbüsü ilə 1999-cu ildə qeyd edilmişdir. Ümumdünya səhiyyə təşkilatı (ÜST), YUNESKO və digər beynəlxalq təşkilatlar bu aksiyanı dəstəkləmişlər. Sozügedən günlə əlaqədar olaraq, Ümumdünya ürək federasiyası ÜST ilə birgə 100-dən artıq ölkədə tədbirlər keçirir. Ürək gününün siyahısına kütləvi sağlamlıq müayinələri, açıq mühazirələr, tamaşalar, elmi forumlar, sərgilər, konsertlər, festivallar, mütəşəkkil gəzintilər və idman yarışları daxildir.

 

Macarıstanın əczaçılıq şirkəti «Gedeon Richter» bu kimi tədbirlərdə öz iştirakını ilk növbədə sosial məsuliyyətin təzahürü kini qiymətləndirir. Məhz buna görə, «Gedeon Richter» şirkətinin Azərbaycandakı Nümayəndəliyi həmin gün Bakı şəhərinin apteklərində arzu edən şəxslərin təzyiqini ölçməklə və insan orqanizminin ən zəhmətkeş orqanı olan ürəyin sağlamlığının qorunmasına dair məlumatlar paylaşmaqla aksiya keçirmişdir. Aksiya uğurla həyata keçirilmiş, insanlar öz arterial təzyiqlərinə dair məlumat əldə etməyə həvəslə razılaşmışlar. Həmin şəxslərin sayı isə, gün ərzində cəmi 200 nəfər olmuşdur. Onlardan da yalnız 31%-də AT normal olmuşdur. Təzyiqi normadan yüksək olmuş şəxslərin 40%-i bununla əlaqədar heç nə qəbul etmədiklərini bildirmişlər. Onların hamısına antihipertenziv müalicənin aparılması və ya ehtiyac olarsa, tənzimlənməsi ilə əlaqədar həkimə müraciət etmələri, eləcə də, ürəyin normal fəaliyyətinə nəzarət etmələri tövsiyələr olundu.

 

«Gedeon Richter» şirkətinin bu məqsədlə işləyib hazırladığı preparat – PANANGİN bu yaxınlarda özünün 50 illik yubileyini qeyd etdi. Reseptsiz buraxılan bu preparatın tərkibinə ürəyin stabil işləməsi üçün vacib olan iki mühüm mikroelement – kalium və maqnezium daxildir. Bu minerallarla zəngin olan bir çox məhsullar var: ərik və digər meyvə quruları, bişirilmiş kartof, göyərti, qoz, fındıq, paxlalı bitkilər, tərəvəzlər. Ancaq təəssüf ki, müasir insanın qida rasionu hər zaman təzə meyvə, tərəvəz, göyərti ilə zəngin olmur. Bu səbəbdən, qida vasitəsilə lazımi qədər kalium və maqnezium qəbul etmək çətindir, belə hallarda məhz PANANGİN köməyimizə çatır. O, istənilən şəxsə gərəklidir, belə ki, kalium və maqnezium ürəyi qidalandırır və möhkəmləndirir, ürəyk ritmini yaxşılaşdırır, su-duz mübadiləsini tənzimləyir, damarların elastikliyini artırır və xolesterin səviyyəsinin azalmasına yardım edir.

 

Bu, «Gedeon Richter» şirkətinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən keçirilən ilk aksiya deyil və bizim əhalinin sağlamlığı naminə belə aksiyalar mütəmadi olaraq təşkil olunacaqdır. 1901-ci ildə əsası qoyulmuş «Gedeon Richter» şirkətinin ən mühim məqsədi – müxtəlif xəstəliklərlə mübarizədə insanların ehtiyaclarını təmin etmək və bununla da, pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Bu məqsədə çatmaq üçün, şirkətin 1000-dən artıq tədqiqatçısı ginekologiya, nevrologiya, kardiologiya kimi terapevtik sahələri əhatə edən yenilikçi və araşdırıcı fəaliyyətlər həyata keçirirlər.

 

Hal-hazırda «Gedeon Richter» şirkəti Mərkəzi və Şərqi Avropada dərman preparatlarının ən iri istehsalçısıdır. Şirkət 38-dən çox ölkədə beş istehsal müəssisəsi, 29 nümayəndəlik, 38 törəmə şirkət və topdansatış şirkətləri ilə təmsil olunur.

 


 288    PAYLAŞ |

“ÜRƏYİNİZ HƏR ZAMAN SAĞLAM OLSUN!” üçün bir cavab

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *