Bagla

Həkimdən soruş

Hekimden sorus







Ürəyinizin qayğısına qalın!

 

Son zamanlar makro- və mikroelementlərin bioloji rolunun öyrənilməsi, onların xəstəlikönü vəziyyətlərin yaranmasında, xəstəliklərin etiologiyası və patogenezində  iştirakına qarşı maraq xeyli artmışdır.

 

Kalium və maqnezium orqanizmin element tərkibinin 99%-ni təşkil edən 12 əsas ionlara aiddir, normal həyat fəaliyyətini qoruyan, orqanizmin böyüməsi və inkişafı üçün zəruri olan əsas fizioloji və biokimyəvi reaksiyalarda iştirak edir. Başqa mikroelementlər kimi onları da insan su və qidadan alır.  Mikroelementlərin  mövcudluğu qida məhsullarından və həzm, sidik-ifrazat, endokrin və orqanizmin başqa sistemlərindən asılıdır. Maqnezium və kalium defisiti mədə-bağırsaq traktı və sidik-ifrazat sistemi ilə ifrazın artması və ya azalması zamanı və fiziki aktivlik, stress vəziyyətləri, hamiləlik, laktasiya ilə əlaqədar artan istehlak zamanı inkişaf edir.

 

Defisit simptomları müxtəlif və qeyri-spesifikdir: əzələ spazmları, qıcolmalar, yüksək yorğunluq, baş ağrısı, tez yorulma, yaddaşın zəifləməsidir. Qarın ağrıları, köp, qarın işləməsi və qəbzlik, bronx əzələləri spazmı, təngnəfəslik, ödemlərin əmələ gəlməsi çox vaxt orqan və toxumalarda maqnezium və kaliumun azalması ilə bağlı olur. Sübut olundu ki, maqnezium çatışmazlığı şəraitində  stress və infeksiya təsirinə qarşı davamsızlıq yaranır.

 

Kalium və maqnezium çatışmazlığı arterial hipertenziyanın, koronar aterosklerozun, ürək ritmi pozulmasının, miokard disfunksiyasının inkişaf etməsinə səbəb ola bilər. Kalium və maqneziumla zəngin olan ərzaqlardan banan, qaysı qurusu, salat yarpaqları, dəniz məhsulları, kartof, qoz və şokoladın adını çəkmək olar. Bu məhsulların pəhrizinizə daxil edilməsi məsləhətdir, amma, məsələn, sutkalıq kalium normasını təmin etmək üçün altı banan yemək lazımdır. Bu kifayət qədər çoxdur və çətin ki, kimsə hər gün bu qədər banan yesin. Bu hallarda köməyimizə PANANGİN kimi preparatlar çatır (macar əczaçılıq şirkəti “Gedeon Richter”). Preparatın tərkibindəki mikroelementlər asan mənimsənilən orqanik formada – asparaginat duzları qismində mövcuddur. Bu, aşağıdakı məqsədli effektlər almaq üçün mikroelementlərin tarazlaşdırılmış dozada istifadə edilməsinə imkan yaradır: 

  • kalium və maqneziumun bağırsaqda sorulmasını artırır;
  • kalium və maqneziumun onların təsir nöqtəsinə (hüceyrənin daxilinə) çatmasına vasitəçilik edir;
  • hüceyrələrdə energetik ATF molekullarının sintezində iştirak edir.

 

Artıq 50 ildən çoxdur ki, PANANGİN bizim dərman bazarında mövcuddur.  Onu terapevtik janrı klassikası adlandırmaq olar. İllər ərzində PANANGİNin aktuallığı heç də azalmayıb, əksinə, bu gün mütəxəssislər oxşar tərkibli, xüsusiyyətli və təsir mexanizmli preparatların profilaktik istifadəsi və farmakoterapiya sxemlərinə tətbiqi zərurətinə əmindir.

 

Əlbəttə, PANANGİNin əsas tətbiqi sahəsi kardiologiyadır, çünki kalium və maqnezium ürəyin stabil fəaliyyəti üçün həyatı vacib elementlərdir. Bu, sağlam ürək elementləridir.

 

Maqnezium

  • ürək əzələsinin tonusunu yaxşılaşdırır
  • damar divarı elastikliyini qoruyur
  • xolesterin səviyyəsini azalmasına kömək edir
  • orqanizmin stresə davamını artırır
  • narahatlıq və əsəbilik səviyyəsini azaldır

 

Kalium

  • ürək yığılmalarını və ürək ritmini normallaşdırır
  • kardioprotektiv təsir göstərir
  • təzyiqi 3-6 mm c. s. qədər azalmasına kömək edir
  • su-duz mübadiləsini tənzimləyir
  • enerjinin istehsal proseslərində iştirak edir

 

Qeyd edək ki, bu yaxınlarda Kalium və Maqnezium ilə preparatın yeni gücləndirilmiş forması yaradılmışdır – PANANGİN FORTE. Bir tabletin içində iki dəfə çox mikroelement var, bu isə gün ərzində qəbul edilən tabletlərin sayını azaltmağa imkan verir.

 

Beləliklə, kalium və maqnezium PANANGİN FORTEnin əsas tərkib maddələri olmaqla ürəyin stabil işini təmin edir, onu gücləndirir və qidalandırır, damar elastikliyini artırır. Əlavə kalium qəbulu insult riskini 40% azaldır, maqneziumun mütəmadi istifadəsi isə miokard infarktı riskini 2 dəfə azaldır. Təəssüf ki, bu mikroelementlərin azlığını məhz idmançılar daha çox hallarda hiss edirlər. Bunun əsas əlaməti əzələ spazmlarıdır. Peşəkar idmançıların bir çoxu bu cür simptomlar yarandıqdan sonra PANANGİN FORTE qəbul etməyə başlayır.

 

Kalium və maqnezium tərkibli PANANGİN FORTE aptekdən reseptsiz buraxılır, lakin qəbul etməzdən əvvəl təlimatla tanış olmaq və  mütəxəssis məsləhəti almaq məsləhətdir.


 991    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *