Bir çox valideynlər uşaqlarında qorxu hissinin olduğunu bildiyi halda, onları bu komplekslərdən uzaqlaşdırmaqda çətinlik çəkirlər.
Qorxu – uşaqların görünən və görünməyən təhlükələr qarşısında göstərdikləri təbii reaksiyadır. Uşaq qorxusunun mənbəyi əşya, insan və ya hadisə ola bilər.
QORXU YARADAN SƏBƏBLƏR…
Körpə uşaqlar onlar üçün yeni və naməlum olan hər şeydən qorxa bilərlər. İki-üç yaşında olan uşaqlar uca səslərdən daha çox qorxurlar. Üç-dörd yaşlarında isə bura ananın dəstəyini itirmək, təklik, yanğın, qəza kimi hadisələrdən qorxmaq hissi də əlavə olunur. Həmçinin bu yaşda olan uşaqlara gözlə görünən cisimlərlə yanaşı, xəyallarında yaratdıqları şeylər də qorxu mənbəyi olmağa başlayır. Ona görə də ağıllı, xəyal dünyası geniş olan uşaqların qorxuları daha çox və müxtəlif növlü olur. Uşaqlar dörd yaşına çatanda qorxu hissləri tədricən azalmağa başlayır.
AMMA…
Beş-altı yaşlarında olan uşaqlar, adətən nağıllarda eşitdikləri qorxunc məqamlardan çəkinirlər. Bu yaşlarda uşaqların ətraf aləmlə ünsiyyəti və təcrübəsi çoxalır. Ona görə də onlarda hansısa bir hərəkətlərinin başqaları tərəfindən təqdir edilməyəcəyi qorxusu da yaranmağa başlayır. Altı yaşından etibarən uşaqlarda qorxu hissi təkrarən artmağa başlayır.
Uşaq qorxunu valideynlərindən örnək kimi də götürə bilər. Anasının itdən qorxduğunu görən uşağın itdən qorxmağa başlaması təbii haldır. Uşağa danışılan qorxulu nağıllar, tərbiyədə qorxutma üsullarından istifadə etmək, onun körpə yaşlarından həddən artıq qorunması da qorxu mənbəyi ola bilər. Eyni zamanda keçirmiş olduğu qəza, zəlzələ, şahidi olduğu dava-dalaş, yaralanma, ölüm kimi hadisələr də uşaqda uzunmüddətli qorxu yarada bilər.
Psixoloqlar qorxu hissləri ilə mübarizə aparmaq üçün uşağın körpəlik dövrünə daha çox diqqət yetirməyin vacib olduğunu vurğulayırlar. Çünki bu dövrdə hər şey ürküdücü olduğundan körpənin alışmadığı əşya, tanımadığı bir üz, yanına gətirilən başqa uşaq, aclıq, susuzluq və ya altının islanması kimi səbəblər qorxu hissini artırır.
Əlamətləri:
Uşaqlar qorxduğunu ağlayaraq, anasına sığınaraq, böyüklərdən birinin onun yanında qalmağını istəyərək, əşyaların arasında gizlənərək və ya açıq-aşkar dilə gətirməklə bildirirlər. Bir çox hallarda iştahasızlıq, yuxusuzluq, inadkarlıq, özünə qapanma kimi halların altında gizlənən əsl səbəb də qorxu olur. Qorxu anında üz saralır, nəbz və qəlb ritmləri tez-tez vurmağa başlayır, həmçinin bu zaman qusma halları da ola bilər. Bəzi uşaqlar isə qorxu nəticəsində danışarkən kəkələyirlər.
QORXU HİSSİNİ ARADAN QALDIRMA YOLLARI
Uşaqda qorxu hissinin çox qalmaması və onun psixikasında dərin izlər açmaması üçün qorxunun səbəbləri vaxtında araşdırılmalı, onu yaradan şərait ortadan qaldırılmalıdır.
Valideynlər uşağın qorxu hissini görməməzliyə vurmamalı, bu məsələni zarafata salıb əhəmiyyətsiz saymamalıdırlar.
Uşağı nədənsə qorxduğuna görə danlamaq, sərt reaksiya göstərmək olmaz.
Qorxusundan dolayı uşağı utandırmaq, bu hərəkətinin ayıb olduğunu da demək olmaz.
Qorxu hissi olan uşaqla səbrlə rəftar etməli, qorxularından qurtulması üçün ona zaman vermək lazımdır.
Uşağa hər an “Ehtiyatlı ol, yıxılarsan”, “Sən təkbaşına bu işi görə bilməzsən” deyərək, ərtaf aləmin yalnız təhlükələrlə dolu olduğunu aşılamamaq lazımdır. Bu onun hər an ətraf aləmdən təhlükə gözləməsinə və hər şeydən qorxmasına səbəb ola bilər.
Evdə qorxuducu bir əşya və ya vasitə varsa, bu ortadan qaldırılmalı, uşaq oyundan və dostlardan məhrumdursa, bu problemi aradan qaldırmaq, uşağın özünə inamının yaranmasına kömək etmək lazımdır.
Uşaq qorxduğu şeyə yavaş-yavaş alışdırılmalıdır. Məsələn, dənizdən qorxan uşağın güclə suya salınması yanlışdır. Əvvəlcə dənizi uzaqdan göstərmək və orada oynayan uşaqları izləməsinə şərait yaratmaq lazımdır. Daha sonra qorxan uşağın əvvəlcə dənizin kənarında oynaması, sonra ayaqlarını islatması və ən nəhayət dənizdə çimməsi məsləhətdir. Qaranlıqdan qorxan bir uşağı qaranlıq otağa salmaqla onun bu kompleksini aradan qaldırmağın mümkün olduğuna inananlar səhv edirlər. Bu hal, əksinə, uşaqda ciddi psixoloji problemlər yarada bilər. Valideyn qaranlıq otağa onunla birlikdə girməli və onun yanında olduğunu hiss etdirməlidir. İtdən qorxan uşağı böyük bir itin yanına gətirməklə onun bu qorxusunu aradan qaldıracağını düşünənlər də yanılır. Bunun üçün ilk olaraq körpənin küçüklə oynamasına və əzizləməsinə şərait yaratmaq lazımdır.
Uşaqlara qorxulu nağıllar danışmaq, onların şiddət səhnələri ilə zəngin olan filmləri izləməsinə imkan vermək düzgün deyil.
FƏSADLAR DA AZ DEYİL
Qorxunun qarşısı kiçik yaşda alınmazsa, bu, gələcəkdə həmin uşaqda zəka geriliyi, hədən artıq əsəb və ya içinə qapanıqlılıq, həssaslıq, adamayovuşmazlıq, başqaları ilə yola getməmək kimi problemlər yarada bilər.
Düzdür, qorxu hissi uşağın təhlükələrdən uzaqlaşmasına kömək edir. Qorxu hissi olmasa, o, bir çox təhlükələrdən özünü qoruya bilməz. Ancaq bu qorxuların hədən artıq olması uşağı narahat edir və onun psixoloji inkişafında problemlər yaradır. Belə hallarda valideynlərin və ətrafdakı insanların düzgün olmayan rəftarları həmin uşaqda bu qorxunun uzun müddət sürən kompleksə çevrilməsinə səbəb ola bilər. Hətta bu hisslərin yetkinlik yaşına çatana qədər sürmə ehtimalı var. Əgər uşağın qorxusu çox güclü kompleksə çevrilibsə və bu hal onun həyatına, düzgün psixoloji inkişafına maneçilik törədirsə, mütəxəssis köməyindən istifadə etmək lazımdır. Psixoloqa müraciət etməklə uşağınızı ona problem yaradan qorxunun əlindən xilas edə bilərsiniz.
salam meslahet alamaq isteyirem qizim iki yasi 2 ay olar tamam olub evde tez tez qorxdugunu bildirir ..meselen divara baxir deyir aboyda qara iz var qorxuram bezen multfilme baxir qorxuram hemiwe oynadigi oyuncaqlara baxir qorxuram son gunlerde cox deyeir qorxuram deye. bir komeklik ederdiniz xahs edirem
Salam Calisin usaginizla daha cox vaxt keciresiniz. Usaqlarda bele hallar tez tez olur esasda korpe olanda. Calisin qaranliqda kolgelerle maraqli fiqurlar, oyuncaqlarla muxtelif oyunlar oynuyasiz. Usaginizin hansi cizgifilmlere baxmasinada diqqet yetirin gulmeli ve yasa uygun cizgifilmlere baxsin. Calisin diger usaqlarla temasda daha cox olsun oyun parklarina ve gezintilere tez tez cixarmaga calisin evde ise calisin bos olanda aile uzvleri ile hekaye nagil kitablari oxusun. Ugurlar
Salam menim oglumun 5yasi var her an tek qalmaqdan qorxur. Meselen nenesi gile bibisi gile gedir amma axsam agliyirki anami istiyirem. Eve gelir sonra sensiz qorxdum deyir. Evvel meselen evde tek qoyub corey almaga gedirdim o mutike baxirdi ama indi hec blokuda cixa bilmirem. Dalimca gelir. Bu qorxunu nece ondan azad edim. Nece edim ki cox aglamasin herseye?
Salam oglum 6 yawinin icindedi deyir hamidan qorxuram axwam qorxusundan oz otaginda yatmir hetta bezen menden de qorxur fikirleini catdia bilmir qorxudan
Fikir daginiqligi olur. men nece aradan qaldira bilerem zehmet olmasa meslehet verin
Salam, qizimin 6 yasi var. televizorda opusme ve yaxuddaki basqa verlisler gorende, agliyir, deyir qusmagim gelir. Butun gun o sehneler menim aglindan cixmir deyir.Heqiqetende ele aglayirki yixilsa,cani agrisa ele aglamaz. Artiq 10-15 gundur bele hal,her gun her saat davam edir. Agliyaraq,oyun ortasinda ustume gelir “yene pis seyler geldi fikrime” deyir. Meni artiq narahat edir psixaloji problem yaradib ozunde. Usagi nece edimki, bu fikirleri aglindan cixarsin? Cox sagolun.
SALAM HEKİM OGLUMUN 7YASİ VAR HƏYƏTDƏ İLAN GÖRÜB QORXMUŞDU İNDJ NECE GUNDU YATMİR EVDE DİYİR SES GELİR HARDANSA CİXACAG İLAN NEYNİM MEN KÖMƏK EDİN
Salam. qızın 4yasinda baxçada şar partlayıb qorxub. indi 9yasi olub hele de qorxu qalib içində yene de sardan hemde evde kimse ucadan danışanda yada berk 1ses gelende qorxur. Men ne edə bilerem? psixoloq ada aparmışam heç xeyri olmayib
Salam hər vaxtınız xeyir!Menim oğlumun 10 yaşı var her şeyden qorxur!Heyete düşürük yanından keçən insanlarda qorxurmuş kimi kenar gezir! Neden ele etdiyin soruşduqda onu tanımıram meni qaçırdır deyir! Birde son7-8 aydır corab və köynəyinin aşağı hisseler ilə oynayır eli ile biri cırıq edir onu! Mən nə etməliyəm bilmirəm köməklik edin zəhmət olmasa
Salam qızımın 12 yaşı var. Tək yatmağa qorxur. Mütləq otağın və dəhlizin işıqları yanmalıdır. Pişiklər yatır ki tək qalmasın.Nə etməliyəm
Mənim nəvəm də elədir,12 yasi var,mənə kömək edin zəhmət olmasa,oglan uşağıdır
Salam.menim qizim 9 yasi tamam olub.korpe vaxti qaranliq otaga tek getmeye qorxurdu.men de onunla her zaman beraber gedirdim otaqlara.hec vaxt qoruxsugu yerde tek qoymurdum.sora boyudukce kecib getdi.amma bu gece yatanda o otagi var.gece saat 3 de cox pis qorxaraq heddinden artiq cox yuksek sesle qisqiraraq qaca 1aca geldi.atasida mende oyanib qucaqladiq onu bir muddetden sora sakitlesdi.rengi agappaq isi.dayanmadan aglayirdi.sakitlesenden sora bayira pisikler dalasirdi.onlardan qoruxdum dedi.sizce bu qorxu qalici ola bilermi.ve yaxud men nece davranmaliyam onunla.onu da deyim ki qizim normalda pisikden qoruxmur.1 at bundan qabaga kimi bizim pisiyimizde klub amma 1 at bundan qabaq pisiyimiz cox qocalib oldu.onunda tesori ola bilermi.pisik olan zaman qizim onu gormeyib.hemin vaxt evde deyildi.evvelceden tesekkurler.
Salam menim 2 oglum var.birinin 7.birinin 9
Cox qorxaq ozguvenleri zeif olan usaqlardir.Son zamanlar evde tek qalmaga tek otaqda yatmaga cox qorxurlar.Sebeb telefonda mumu adli qorxuducu multike baxiblar.men nece ede bileremki qorxu azalsin?Balaca oglum gece otaqda tek yata bilmir ancaq aglayirki qorxuram.Deyir adini ceke bilmerem gelib meni oldurer deyir.bir ana kimi cooox narahatam bilmirem neyleyim
Salam sizden meslehet isteyirem oglumun 9yasi var tel verlislerin birinde qorxulu neyese baxi indi onu unuda bilmir tek otaglara gire bilimi tek yata bilmir deyir indi kravatin altindan nese cixacag nebilim ne,men onun gorduklerin fikirlesdiklerin nece unutdura bilerem.bir gunluk 1saatlik unutdururam nagilla sohbetle ama bunun ona pis fesad vermeyunden qorxuram
salam usagin 2 yasi var gece yarisi 4 ile 5 arasi durub qisqiraraq aglayir gucle sakitlesmek olur.zehmet olmasa komeklik ederdiniz meslehet vererdiniz.Esebi usaqdir biraz emeliyyat olunub narkozla hekimlere qarsi qorxusu var hekime aparmaq olmur normal qidalanmir yemek yemir axsam 12ye kimi oyaq qalir sonra yatir oda 4 de qisqirib aglayir zehmet olmasa bir fikir bildirerdiniz.
Salam menim oglumun 6 yaşı var. Yatanda işigi söndurmeyede qoymur . Özunun eski parçası var uşaqlıqdan onnan yatir. Yatanda hamıya deyir sakit durun. Berkden nese sözler deyib sora yatır
Mənim nəvəmin 12 yasi var.gecələr qorxur,gərək evdə isiq yana hətta gecə bir otaqdan o biri otaga qorxur kecmir,oglandir.Xahis edirəm mənə bir yol gostərəsiniz
Salam həkim,çox xahiş edirəm mənə kömək edin.mənim oğlumun 7 yaşı var ,,göygurultusu”ndan çox qorxur