Bagla

Həkimdən soruş

Hekimden sorus







Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş maraqlı konsert

 

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirilmişdir.  

 

Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və kollektivin bədii rəhbəri, baş dirijor Fuad İbrahimov, gözəl pianoçular Camalə Abdinzadə və Nərgiz Kəngərli çıxış etmişdir. Uşaqlar klassik musiqinin sehrli dünyasına səyahət etdilər. Bu musiqi bayramına uşaqların maraqla qulaq asması, üzlərindəki təbəssüm və səmimi alqışları hər anı daha da mənalı və dəyərli etdi. 


 449    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *