Bagla

Həkimdən soruş

Hekimden sorus







Virus ziyilləri

 

Virus ziyilləri (verrucae) – insan papilloması virusu (İPV) ilə törənən və epidermal yenitörəmələrin əmələ gəlməsi ilə xarakterizə olunan dəri və selikli qişaların xoşxassəli proliferativ xəstəliyidir.

 

Xəstəliyin törədicisi olan insan papilloması virusu (İPV) papavavirus fəsiləsindən olan DNK-tərkibli viruslara aiddir. Virus kontakt-məişət yolu, epitelial toxumanın zədələnmiş yerlərində auto- və ya heteroinokulyasiya yolu ilə ötürülür. İPV-na yoluxma riski bir neçə amillərdən asılıdır, o cümlədən zədələnmə ocaqlarının zədələnməsi, İPV-nun miqdar göstəricisindən (virus yükü), infeksiya ilə təmas dərəcəsi və xarakterindən, ümumi və lokal immun statusunun vəziyyətindən asılıdır. Mikrotravmalar, dəri və selikli qişaların iltihab prosesləri yoluxmaya şərait yaradır.

 

Bazal qatın hüceyrələrində virus uzun müddət latent vəziyyətdə qala bilər. Münasib faktorlar mövcud olduqda epiteliumda papilloma viruslarının replikasiyası prosesi başlayır ki, bu da hüceyrələrin differensiasiyasını pozur və morfoloji dəyişmiş toxumaların formalaşmasına səbəb olur.

 

İnsan papilloması virusları toxuma spesifikliyinə malikdir, yəni müəyyən İPV tipləri lokalizasiyasına uyğun toxumanı zədələyir. Adətən, 1,2 və 4 tipli İPV ayaq altlığı ziyillərində aşkar olunur, 2,4,26,27,29, 57 tipləri vulqar ziyillərdə, 3,10,28,49 tipli viruslar yastı ziyillərdə, 7 tipli viruslar – “qəssablar” ziyillərində, 13 və 32 tipli İPV-ı fokal epitelial hiperplaziyada, 5,8,9,10,12,15,19,36 tipli viruslar verrusiform epidermodisplaziyalarda, 60 tipli İPV – kistoz ziyillərdə aşkar olunur.

 

Təsnifat
Klinik əlamətlərdən asılı olaraq, xəstəliyin aşağıdakı növləri ayrılır:
1. Vulqar ziyillər
2. Ovuc-altlıq ziyilləri
3. Mozaik ziyillər
4. Kistoz ziyillər
5. Yastı ziyillər
6. Sapaoxşar ziyillər
7. “Qəssablar” ziyilləri
8. Fokal epitelial hiperplaziya
9. Verrusiform epidermodisplaziya

 

Simptomlar və əlamətlər
Vulqar ziyillər – 02,-0,5 sm diametrli çoxsaylı ağrısız papulalar, papillomatoz artmalarla örtülmüş, əsasən, əl darağının və pəncələrin arxa səthində lokalizasiya olunur.

 

Ovuc-altlıq ziyilləri – bərk ağrılı girdə papula və düyünlər, əsasən, ovuc səthində və pəncələrin altlıq dərisində dəyişməmiş dəri ilə bir səviyyədə lokalizasiya olunur, dənəvəri səthi var, hiperkeratik qatlarla örtülüb, törəmələrin mərkəzində bəzən tromblaşmış kapilyarların qara-qəhvəyi nöqtələri müşahidə olunur və bu nöqtələrin zədələnməsi qanaxmaya səbəb olur.

 

Mozaik ziyillər – ovucların və ayaqaltı dərisinin üzərində yerləşən diffuz hiperkeratoz ocaqları, dərin çatlar ilə müşayiət olunur.

 

Kistoz ziyillər – yumşaq düyün şəklində əmələ gələn törəmələrin üzərində hiperkeratoz və çatlar müşahidə olunur, üstü açıldıqda ağ-sarımtıl kəsmiyəoxşar möhtəviyyat aşkar olunur; pəncə altının basan səthində yerləşirlər.

 

Yastı ziyillər – normal dəri rəngli çoxsaylı xırda papulalar, əsasən, əl darağı, bazuönü, sifət və selikli qişalarda lokalizasiya olunur.

 

Sapaoxşar ziyillər – nazik buynuz çıxıntılar, adətən, ağız, burun və göz ətrafında yerləşir.

 

“Qəssablar” ziyilləri – normal dəri rəngli hipertrofik ziyil artmaları gül kələmini xatırladır, əl darağı və barmaqların arxa hissəsində lokalizasiya olunur, ət ilə peşəkar təmasda olan adamlarda əmələ gəlir.

 

Fokal epitelial hiperplaziya – çoxsaylı açıq-çəhrayı günbəzşəkilli papulalar düyünlərə birləşir və ağız boşluğu, diş əti və dilin selikli qişasına keçməklə dodaqların qırmızı haşiyəsində lokalizasiya olunur, yalnız hind mənşəli insanlarda rast gəlinir.

 

Müalicə
Virus ziyillərinin aparıcı müalicə yanaşması destruktiv terapiyadır. Virus ziyilləri azot, sirkə, oksalat turşuları kombinasiyası və mis nitratı trihidratı ilə destruksiya edilir. Ziyillər dəridə yerləşən ocaqlar saralanadək və ya selikli qişalarda yerləşən ocaqlar ağaranadək, sağlam toxumalara toxunmamaq şərti ilə işlənilir. Bərabər sarı və ağ rəngin yaranması ziyillərin yetərincə işlənilməsinə dəlalət edir və törəmənin sonradan mumifikasiyasına zəmanət verir.


 238    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *