Bagla

Həkimdən soruş

Hekimden sorus







Xərçəng immunoterapiyası nədir? Tibb üzrə Nobel mükafatı laureatlarının kəşfini izah edirik.

Orqanizmi xərçənglə mübarizəyə kökləyək

Tibb üzrə Nobel mükafatını  T-hüceyrələrindən istifadə etməklə xərçəng xəstəliklərinin  inqilabi immunoterapiya metodikasına görə amerikalı Ceyms Allison və yaponiyalı Tasuku Hondze  almışdır.

“Bu iki laureatın tarixi kəşfləri bizim xərçənglə mübarizəmizdə dönüş anı oldu”, – Nobel komitəsinin qərarında  qeyd edilir.

Allison və Hondzyonun tədqiq etdiyi müalicə üsulları “proqressivləşən xərçəngli bəzi pasiyentlər qrupları üçün xəstəliyin nəticəsini köklü şəkildə dəyişdi”.

Bi-Bi-Si rusiya xidməti qısa (100 sözlə)  və daha ətraflı (500 sözlə) şəkildə bu inqilabi kəşfin mahiyyətini izah edir.

 

Xərçəngi aldatmaq

Adətən immun sistemimiz orqanizmdə mütasiyaya uğramış hüceyrələri özü axtarır və məhv edərək artmağa qoymur. Lakin, xərçəng hüceyrələri bu təbii müdafiədən yan keçməyi bacarıb və bu da şişin sürətlə böyüməsinə şərait yaradır.

Bir çox xərçəng növləri zərbədən sonra immun hüceyrələrini “yatıran” və ya “tormozlayan” mexnizmi aktivləşdirir. Beləcə, sağlam orqanizmdə immun cavabının gücü və müddəti tənzimlənir.

Allison və Hondzyo xərçəng hüceyrələrini «aldatmağa» nail olub və onların immun reaksiyasını təcrid etməsinə mane olub. Bu, terapiyada əsl çevrilişdir və bütöv bir yeni dərman preparatları sinifinin əsasını təşkil edir.

Hələ ki, bu dərmanların çox mənfi təsiri var, amma, onlar onkoloji xəstəliklərlə mübarizədə öz effektivliyni sübuta yetirib. Bəzən, əvvəllər sağalmaz hesab olunan xərçəngin gecikmiş mərhələsində olan pasiyentləri sağaltmaq mümkün olur.

 

 Xərçəng hüceyrəsinə hücum edən iki T-limfositlərin təsviri

 

Tormozların təmiri”

Xərçənglə mübarizə aparmaq üçün pasiyentlərin öz immunitetini səfərbər etmək haqqında alimlər ilk dəfə hələ 100 ildən  çox əvvəllər düşünürdü. Lakin, bu sahədə əsl sıçrayış yalnız 1990-cı illərdə baş verdi.

Amerikalı Ceyms Allison immuniteti ləngidən,  yad və mutasiyaya uğramış hüceyrələri tanıyan və məhv edən T-limfositləri «sakitləşdirən»  təbii mexanizmi, immun nəzarət hüceyrələrini (İNH) kəşf etdi. Bu mexanizm pozularsa, orqanizm özü-özünü parçalamağa başlayır,  sağlam toxumaları məhv edir. Autoimmun xəstəliklərdə olduğu kimi.

Bir neçə qrupp alim məhz bu prespektivdən ikiəlli yapışdı: «tormozların təmiri» (yəni, İNH-nin normal işinin yoluna salınması) I tip diabetin, revmatoidli artritin, dağınıq sklerozun və bir çox başqa xəstəliklərin müalicəsində böyük irəliləyiş vəd edirdi. 

Lakin, Allison özü tam əks işlə məşğul oldu. O, xərçənglə xəstə olan siçanlarla bu təbii tormoz mexanizmini dayandırmaqla qəribə nəticələr əldə etdi. Şiş hüceyrələri artıq immunitetdən gizlənə bilmirdi və orqanizm xərçənglə daha effektiv mübarizə aparırdı.  Bununla yanaşı 1992-ci ildə Tasuku Hondzyo eyni prinsiplə, amma, başqa üsul ilə işləyən daha bir İNH tipini kəşf etdi. Öz kəşfindən yararlanan professor bir neçə immun terapiyası metodikasına müəlliflik imzası atdı.

Güclü əlavə təsrlərinə baxmayaraq, blokator İNH-ri ağ ciyər, böyrək xərçəngi, limfoma və melanoma ilə mübarizədə öz effektivliyini sübuta yetirmişdir. Qolf həvəskarı olan Hondzyo özü bir tarixçə danışırdı: bir gün qolf-klubda ona yaxınlaşan bir kişi ağ ciyər xərçəngindən qurtulduğunu söyləyir. Professor xatırlayır: «O, yenidən qolf oynaya bildiyi üçün mənə minnətdarlığını bildirdi. Bu, əsl xoşbəxtlik idi. Mənimçün bu sözlər bütün mükafatlardan vacibdir».

 

“Tarixi işdir

Hazırda Ceyms Allison Texas Universitetinin yanında xərçənglə mübarizə Mərkəzinin immunoloji şöbəsinə  rəhbərlik edir. Tasuku Hondzyo  Kioto universitetində immunologiya professoru vəzifəsini daşıyır.

Onların təklif etdiyi metodikaların əsasında hazırlanmış preparatlar artıq xərçəng xəstələrinin müalicəsində uğurla tətbiq olunur. Daha artıq sayda dərman hazırda klinik sınaqdan keçir və yaxın illərdə istifadəyə buraxılacaq.

«Hələ 10 il əvvəl metastazlaşan melanoma demək olar ki, sağalmaz idi. İndi, Allison və Hondzyonun işləri sayəsində pasiyentlərin ümidləri gerçəkləşir. Pasiyentlərin üçdə birindən çoxu immun terapiyasının nəticələrində davamlı yaxşılaşmanı qeyd edir, bəziləri isə tam sağalır», – britaniya Cancer Research UK xərçənglə mübarizə təşkilatının baş həkimi professor Çarli Suontonunun Reyter agentliyinə verdiyi müsahibədən.

Allisonun keçmiş həmkarı, hazırda Londonun universitet kollecinin professoru Serxio Kesada Nyu-Yorkda onkoloji konfransa toplanmış digər laboratoriya əməkdaşları ilə birlikdə nobel laureatlarının elan edilməsi mərasimini izləyirdi. Söylədiyinə görə, “Cim və Hondzyonun apardığı iş o qədər tarixi əhəmiyyətlidir ki, çoxları onların Nobel alacağını illərdir gözləyirdi”.

“Bu terapiya hamıya kömək etməsə də, artıq çox həyatları xilas edib”, – Mançester universitetinin professoru Den Deyvis deyə qeyd edir. – Ən əsası, xərçənglə və başqa xəstəliklərlə mübarizədə immun sisteminin canlandırılması ya əksinə, susdurulmasına dair bu günə kimi mövcud olan anlayışımızı kökündən dəyişdi. Düşünürəm ki, bu hələ aysberqin zirvəsidir. Yeni dərmanların ixtirası hələ qarşıdadır”.


 37    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *