Bagla

Həkimdən soruş

Hekimden sorus







Zəncəfilin insan üçün faydaları

Zəncəfil əczaçılıqda, aşpazlıqda əsasən ədviyyat kimi istifadə edilən  və becərilən bitkidir. Zəncəfil Hindistanda, Çində, Yaponiyada, Vyetnamda, Bbraziliyada, Yamaykada, Argentinada, habelə, Qərbi Afrikada bitir.

Zəncəfil öz müalicəvi keyfiyyətləri ilə məşhurdur: iştahsızlıq, əməliyyatdansonrakı ürəkbulanma və qusma, xərçəng xəstəliklərin müalicəsi nəticəsində əmələ gələn ürəkbulanma, meteorizm, mədə pozulması, bağırsaq sancıları, səhərlər zəifliyin və dəniz xəstəliyinin müalicəsində istifadə edilir. Hesab edilir ki, zəncəfil yuxarı tənəffüs yollarının infeksiyası, bronxit əlamətləri, öskürək, menstrual sancılar, artrit və əzələ ağrılarının öhdəsindən gəlir. Bəzi ölkələrdə zəncəfil şirəsi yanıqların müalicəsində istifadə edilir. Zəncəfilin tərkibindəki kimyəvi maddə antasid, işlədici preparatların, meteorizmə qarşı dərmanların inqrediyentlərindən biridir.

 

Zəncəfilin terapevtik üstünlükləri

Yoğun bağırsağın iltihabı

Miçiqan ştatında universitet tibb məktəbində aparılan tədqiqat müəyyən etmişdir ki, bir ay qəbul edildikdən sonra zəncəfil kökü yoğun bağırsaqda iltihab markerlərini azaldır. Tədqiqatın nəticələri «Xərçəngin profilaktikası üzrə tədqiqatlar» («Cancer Prevention Research») jurnalınla çap olunmuşdur. Alimlər deyir ki, yoğun bağırsaq iltihabı xərçəngönü vəziyyətdir. Tədqiqatda iştirak edən Süzanna M. Zik anladır ki, yoğun bağırsaq iltihabının azalması xərçəngin inkişaf etməsi ehtimalını azaldır.

 

Fiziki gərginlikdə əzələ ağrıları 

Gürcüstanda 74 könüllünün iştirakı ilə aparılmış tədqiqat göstərmişdir ki, zəncəfildən gündəlik müxtəlif əlavələr kimi istifadə etmək fiziki hərəkət zamanı əmələ gələn  əzələ ağrılarını 25% azaldır. Tədqiqatın nəticələri «Pain» jurnalında dərc olunmuşdur. 

 

Kimya terapiyası əlaməti olan ürəkbulanma

Rroçester universitetində aparılmış tədqiqatların nəticələrinə görə, qusmaəleyhinə dərmanlarla birlikdə istifadə edilən zəncəfil tərkibli vasitələr kimya terapiyasının səbəb olduğu ürəkbulanmanı 40% azaldır. Tədqiqatın aparıcı müəllifi Culi Rayan aldığı nəticələri Amerika klinik onkologiya cəmiyyətinin 2009-cu ildə Orlandoda keçirilmiş yığıncağında təqdim etmişdir. Doktor Rayan izah etmişdir ki, kimya terapyiası alan xərncəg xəstələrinin təxminən 70%-i ürəkbulanma və qusmadan əziyyət çəkir. Qusma xüsusi dərmanlarla aradan qaldırılır, ürəkbulanmanın öhdəsindən gəlmək bir qədər çətindir. Zəncəfil isə ürəkbulanmanın törətdiyi xoşagəlməz hissiyatı aradan qaldırır.

 

Yumurtalıqların xərçəngi

2006-cı ildə Vaşinqtonda Amerika xərçəng tədqiqatı  assosiasiyasının illik görüşündə təqdim olunmuş tədqiqat nəticələrinə görə, zəncəfil xərçəngin müalicəsi üçün faydalı ola bilər. Tədqiqat əsnasında məlum olmuşdur ki,  yumurtalıq xərçəngi hüceyrələri zəncəfil tozu təsirindən məhv olur. Miçiqan universitetinin  onkoloji mərkəzinin tədqiqatçıları təsdiq edir ki, zəncəfil xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.

 

Astma əlamətləri

Kolumbiya universiteti alimlərinin apardığı tədqiqatlar zəncəfilin astma əlamətlərinə təsirini öyrənmişdir. Belə ki, zəncəfilin komponentləri 6-gingerol, 8-gingerol və 6-shogaol hava yollarının yastı əzələlərinin β-aqonistləri ilə sinergik təsir göstərir. Demək, bu birləşmələr β-aqonistlərlə birlikdə astma əlamətlərinin yüngülləşməsini təmin edir.

 

Qara ciyərin qızdırmaəleyhinə preparatlarla zədələnməsi

Bəzi qızdırmaəleyhinə preparatlar qara ciyərin kimyəvi zədələnmə riskini artırır. Misirin Milli tədqiqat mərkəzinin alimləri siçanlarda  ilkin emaldan keçirilməyən zəncəfilin asetaminofen-induksiyalı qara ciyər zədələnməsinin tezliyini azaltmaq qabiliyyətini təyin etməyə çalışmışdır. Nəticələr göstərir ki, zəncəfil oksidləşmə gərginliyi azaltmaqla qara ciyərin zədələnməsinin qarşısını alır.  Zəncəfil və asetaminofen terapiyası xüsusən yüksək dozalı asetaminofen qəbulu zamanı tövsiyyə edilir.

 

Yüksək qan təzyiqi (hipertoniya)

«Farmasevtik biologiya» jurnalında dərc edilmiş tədqiqatın nəticələrinə görə, zəncəfil cövhəri laborator siçanlarda arterial təzyiqin azalmasına təsir edir.

 

Dismenoreya (ağrılı menstruasiyalar)

Azad islam uriversiteti tədqiqatçıları zəncəfilin ilkin dismenoreya zamanı ağrıları azaltmasını qeyd edir. Alimlərin məruzəsi «Pakistan tibb assosiasiyasının jurnalında» dərc edilmişdir. Zəncəfil həblərini qəbul edən qızların 82,85% plasebo alan qızlarla müqayisədə (47,05%) ağrının azalmasını qeyd etmişdir.

 

Mütəxəssis olmadan zəncəfilin başqa vasitələrlə qarşılıqlı əlaqəsini və effektini  qabaqcadan bilmək çətindir. Müalicə məqsədi ilə istifadə etmək üçün həkimlə məsləhətləşin.


 346    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *