Bagla

Həkimdən soruş

Hekimden sorus







10 ölümcül virus

Virus xəstəlikləri müntəzəm olaraq özünü göstərir. İndi bütün dünya yeni koronavirusun qarşısını almağa çalışır. Donuz qripi, atipik pnevmoniya, Zika virusu və Ebola virusunun gərginliyini də dünya uzaq keçmişdə yaşamayıb. Bəzi virus xəstəlikləri daha təhlükəlidir və daha çox hallarda ölum sonluğu ilə bitir.

 

1. MERS-CoV
MERS-CoV yaxın şərq respirator sindrom törədicisi, SARS-CoV-2 yeni koronavirusun yaxın qohumudur. Bu xəstəliyin ocağı ilk olaraq Səudiyyə Ərəbistanda 2012-ci ildə alovlandı. Virus insandan – insana keçir, amma ehtimal olunur ki, insanlar daha çox dəvələrdən yoluxur.
Virusa yoluxanların əksəriyyətində ağır respirator simptomlar aşkar edilir (qızdırma, təngnəfəslik, öskürək), virus pnevmoniyası inkişaf edir. Xəstələrin üçdə birə yaxın qismi ölmüşdür. 2019-cu ildə ən azı 200 xəstəlik hadisəsi qeydə alınıb.

 

2. Ortohantaviruslar (hantaviruslar)
Hantoviruslar Şimali və Cənubi Amerikada məskunlaşır, insana müxtəlif gəmiricilərdən yoluxur. Qrupa mənsub olan bəzi viruslar hantovirus ağciyər sindromu törədir. Erkən mərhələdə xəstəlik soyuqdəymə əlamətləri və yuxululuq ilə aşkar olunur (öskürək, qızdırma, təngnəfəslik). Bu fonda kəskin ağciyər ödemi və ağır tənəffüs çatışmazlığı inkişaf edə bilər. Hətta vaxtında başlanmış intensiv terapiya şərti ilə infeksiyadan ölüm riski 36%-ə çatır.

 

3. Konqo-krım hemorragik qızdırma (KKHQ) virusu
KKHQ ağır hemorragik qızdırmadır. Təxminən 75% hallarda güclü qanaxmalar və qansızmalar inkişaf edir. Xəstəliyin əlamətləri dəri və selikli qişalara qansızmalar (petexiyalar), qanlı qusma, qara nəcis ifrazıdır. Qızdırma şok və böyrək çatışmazlığı ilə müşayiət oluna bilər.
Virusun təbii mənbəyi gəmiricilər, iri və xırdabuynuzlu heyvanlardır. İnsana gənə dişləməsi ilə ötürülür. Xəstəliyin ocaqlanma zamanı ölüm ehtimalı 9%- 50% təşkil edirdi.

 

4. Lassa mammarenavirus
Bu virus arenavirus fəsiləsinə aiddir. İnsan endemik məkanlarda gəmiricilərin ekskrementləri ilə çirklənmiş qida ya əşyalarla təmas zamanı yoluxur.
Virusun törətdiyi Lassa qızdırması hemorragik qızdırmalara aiddir. Yoluxmuş adamların 80%-də xəstəlik zəif simptomlarla keçir, təxminən 20%-də əlamətlər daha qabarıq ifadə olunub: diş ətinin qanaması, tənəffüsün çətinləşməsi, qusma, sinədə ağrı, təzyiqin azalması. Hospitalizasiyası tələb olunan pasientlər arasında ölüm səviyyəsi 15-20% təşkil edir.

 

5. Nipax virusu
Nipax virusu ilk dəfə 1999-cu ildə Malayziyada və Sinqapurda donuzlarla təmasda olan fermerlər və insanlarda aşkar edilib. İnfeksiya ensefalit (baş beyini iltihabı) və respirator simptomlarla ifadə olunur. Virus yarasalardan, insandan- insana ötürülə bilər.
Ensefalit baş ağrısı, zəiflik, dezoriyentasiya və huşun dolaşması ilə keçir. Xəstəlik sürətlə komaya gətirib çıxarır. Xəstəlikdən ölüm səviyyəsi təxminən 40% təşkil edir, ocaqlanma zamanı isə 78%-ə çatırdı.

 

6. B herpes virusu (Macacine alphaherpesvirus 1)
B herpesi infeksiyasının təbii rezervuarı makaka meymunlarıdır. Virus insana makakaların ifrazatı ilə çirklənmiş zədələnmiş dəridən keçir. Müalicə vaxtında başlamasa, xəstəlik sinir sisteminin davamlı zədələnməsi və ya ölümlə nəticələnə bilər (ölüm səviyyəsi 80% çata bilər). İnfeksiyanın ilk əlamətləri zəiflik, əzələ ağrısı, qızdırma, baş ağrısıdır. Xəstəlik ağırlaşdıqca təngnəfəslik, ürəkbulanma, qusma, hıçqırıq, qarın ağrısı əmələ gəlir. Sonradan nevroloji sindromlar inkişaf edir: dərinin keyləşməsi, əzələ koordinasiyasının pisləşməsi, tənəffüs pozuntusu.

 

7. Lujo mammarenavirus
Lujo mammarenavirus Luyo hemorragik qızdırması törədir. Virus Lassa qızdırması törədicisinin yaxın qohumudur. Xəstəlik haqqında məlumat çox azdır və CAR olan cəmi beş pasientin hadisəsinə əsaslanır. Onların dördu öldü, yəni ölüm səviyyəsi 80% təşkil edir. Virusun təbii rezervuarı gəmiricilərdir. İnsan onlarla birbaşa təmas və ya sidiyin və ekskrementlərin buraxdığı buxarla nəfəs aldığı zaman yoluxur. Xəstəlik qeyri-spesifik soyuqdəymə əlamətlərindən başlayır, sonra bədənə hemorragik səpgi yayılır, üz və boyun şişir, ishal əmələ gəlir. Ölüm tənəffüs və ya sirkulyator çatışmazlığından baş verir.

 

8. Marburq virusu
Marburq virusunun törətdiyi xəstəlik əvvəllər marburq hemorragik qızdırması adlanırdı. Virus insandan-insana xəstə adamların qanı və başqa fizioloji mayeləri ilə təmas vaxtı ötürülür. İnfeksiyanı yarasalar və meymunlar da ötürə bilir.
Xəstəlik, adətən, güclü baş ağrısı və zəiflikdən başlayır. Sonra çoxsaylı qanaxmalar və qansızmalar inkişaf edir. Ölüm səviyyəsi 25%- 90% qədər dəyişir.

 

9. Ebola virusu
Əvvəllər virusun törətdiyi xəstəlik Ebola hemorragik qızdırması adlanırdı. Virusun dörd növü adamda xəstəlik törədir. İnfeksiya xəstə adamların fizioloji mayeləri ilə təmas vaxtı ötürülür.
Xəstəliyin əlamətləri qusma, ishal, səpgi, qaraciyər və böyrək fəaliyyətinin pozulması, qanaxmalardır. Ölüm səviyyəsi 90% çata bilər.

 

10. Quduzluq virusu
Vaxtında müalicə başlanmasa quduzluq 100% hallarda ölümlə nəticələnir. Virus xəstə heyvanların tüpürcəyində və sinir toxumasında aşkar edilir. İnsanlar quduz heyvanların dişləməsindən sonra yoluxur.
Xəstəliyin əlamətləri beynin və beyin qişalarının iltihabı ilə bağlıdır və oyanıqlıq, yuxusuzluq, paranoya, sayıqlama, ifliclə ifadə olunur.


 181    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *