Bagla

Həkimdən soruş

Hekimden sorus







Başgicəllənmə və onun yaranma səbəbləri

Başgicəllənmə bir xəstəlik deyil simptomdur(şikayətdir), hansı ki, bir çox xəstəliklər zamanı xəstənin özünün dönməsi və ya ətrafın dönməsi şəklində ortaya çıxır. Baş dönməsi və müvazinəti itirmə halları xəstəxanaya müraciət edənlərin 2,4 % ni təşkil edir. Təcili yardıma müraciət edənlərin isə təxminən 26% i başgicəllənmə şikayəti olan xəstələrdir. Müvazinət pozulması şikayəti olan xəstələrin böyük əksəriyyəti orta və yaşlı qrup insanlardır, uşaq yaşlarında başgicəllənmə şikayəti nadirən rast gəlinir.

 

60 yaş və yuxarı populyasiyanın 20%i gündəlik həyatlarına ciddi şəkildə təsir edən baş dönməsindən şikayət edirlər. Son zamanlarda isə başgicəllənmə şikayəti daha gənc yaşlı insanlar arasında daha çox izlənməkdədir.

 

Vestibulyar sistem( müvazinət sistemi) periferik(daxili qulaq) və mərkəzi(beyin) olmaq üzrə 2 hissədən ibarətdir. Araşdırmalar göstərir ki, başgicəllənmənin əsas səbəbi daxili qulaq mənşəli patalogiyalarla əlaqəlidir.

 

Başgicəllənmənin ən çox yayılmış səbəbləri periferik vestibulyar patologiyalardır(qulaq mənşəli olanlar). Bunlar: Xoş xassəli baş dönməsi (BPPV), Menyer xəstəliyi, Vestibulyar nevrit, Labirintit, Otoskleroz, Perilimfa fistulu, Vestibulyar miqren və.s-dir.

 

Bundan başqa, başgicəllənmə yaradan bəzi nevrolojı patologiyalar da vardır. Bunlar: Serebrovaskulyar xəstəliklər, multipl skleroz, vertigenoz miqren ,epilepsiya, serebellar infakt, qanama, serebellapontin törəmələrdir.

 

Vertigonun digər etiolojı səbəbləri sırasında senkop, psixogenik başdönməsi, dərmanların yan təsiri, hipoperfuziya halları (şok,dehidratasiya), kardiovaskulyar patolo­giyalar kimi sistemik xəstəliklər də öz yerini tapmaqdadır. Bəzi metobolik patologiyalar da vardır ki, məsələn: Anemi­ya, hipotireo­dizm, hipertiroidizm, elektrolitik balansın pozulması bu hallarda da baş dönməsi şikayəti ortaya çıxır.

 

Lor-Otonevroloqa müraciət edən başgicəllənmə şikayətli xəstədə həkimin diqqət etməsi gərəkən əsas məqamlardan biri xəstənin anamnezidir(verdiyi məlumatlardır). Anamnez toplayarkən baş dönməsinin xarakterinə, şiddətinə, davam etmə müddətinə, qulaqla əlaqəsinə, yanaşı simptomlara, baş dönməsi zamanı xəstənin pozisiyasına, ailə hekayəsinə, predispozan faktorlara diqqət etmək lazımdır.

 

Bəs başgicəllənmə zamanı ilk kimə müraciət etməli?
Vertiqo şikayəti olan xəstələrdə başgicəllənmə ilə yanaşı, qulaqda küy, eşitmə azlığı, ürəkbulanma, qusma, miqrenoz tip baş ağrıları, pozisiyaya bağlı başgicəllənmənin olması halları, yuxarı tənəffüs yolları infeksiyası sonrası başgicəllənmə halları, qaranlıqda müvazinətini itirmə halları, asqırıb öskürərkən başgicəllənmənin olması və.s kimi hallar olarsa, Lor-Otonevroloqa müraciət etməlidir.

 

Xəstələrdə başgicəllənmə ilə yanaşı, udma aktının pozulması, yavaş başlayan başgicəllən­mə halları, əzələ tonusunun zəifləməsi hal­la­rı,ürəkbulanma,qusma, koordina­siya pozulması halı, diplopiya, düşmə atakları, ətraflarda zəiflik olduqda baş verdikdə isə mütləq Nevroloqa müraciət etməlidir.

 

Unutmaq olmaz ki, doğru və vaxtında diaq­nos­tika olunmuş xəstəliklərin müalicəsi daha effektivdir və həyat qurtarar.

 

Phd Op.Dr. Nigar Muradova
LOR Hospitalın Vertigo Mərkəzinin mütəxəssisi,
LOR cərrah, Otonevroloq

 


 281    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *