Bagla

Həkimdən soruş

Hekimden sorus







COVID-dissidentlər və onların fərziyyələri. Nədə yanılırlar?

COVID-19 pandemiyasını elə əvvəlindən müşayiət edən dezinformasiya və şayiələrin sayı hesaba gəlmir. Onların bəziləri aktual­lığını itirib (oxşayır, adamlar koronavirusla mübarizəyə çıxmaq üçün artıq ağardıcı içmirlər), amma bəzi yanlış iddialar olduqca davamlı çıxdı.

 

COVID-dissident nəzəriyyələri çoxdur, amma onların hamısı toplumun düşüncəsinə hakim ola bilmədi. Misal üçün, konspirologiya veteranı Cudi Milkovis belə bir ideya irəli sürmüşdür ki, guya COVID-19 qrip əleyhinə müəyyən vaksinin istifadəsinin nəticəsidir. Amma onlarla fikirlər kimi, bu fikir də “xalqa ayaq açmadı”.

 

COVID-DİSSİDENTLƏR VƏ VİÇ-DİSSİDENTLƏR
Doqmı covid-dissidentlərin ehkamları VİÇ-dissidentlərin yaydığı müddəalara gözlənilməz surətdə az oxşayır. Sonuncular fanatik dərəcədə inanır ki, İİV xəstəlik törətmir və SPİD onun müalicəsi üçün istifadə olunan preparatların təsirindən inkişaf edir. COVID-19-u inkar edənlər çox nadir halda bəyan edir ki, koronavirus infek­siya törədə bilməz. Onlar heç vaxt deməyib ki, koronavirus infeksiyasının fəsadlaşmasının səbəbi remdesevir preparatıdır. Onların mövqeyi daha çox budur ki, COVID-19 mövcuddur, amma təhlükəsi çox şişirdilib. Onlar xəstəliyi inkar etmir, infeksiya ilə mübarizə tədbirlərinin zərurətini şübhə altına alır.
İİV-dissidentlərini covid-dissidentlərlə elmi biliklərin inkar etməkdən başqa nə birləşdirir? Hər iki cərəyanın ümumi cəhəti siyasətçilərlə sıx bağlılıqdır. Cənubi-Afrika Respublikasının keçmiş prezidenti Tabo Mbekinin İİV-diisident mövqeyi təxminən 300 min insanın ölümünə səbəb oldu. Müasir siyasətçilərin öz nitqlərində səsləndirdiyi çağırışlar milyonlarla adamın həyatı bahasına başa gələ bilər.

 

“COVID-19 QRİPDƏN PİS DEYİL”
Bu şayiə pandemiyanın lap əvvəlində yarandı və bir çox tədqiqatlar onu təkzib etdi. ABŞ-nın Prezidenti Donald Tramp dəfələrlə bəyan etmişdir ki, COVID-19 mövsümi qripdən qorxulu deyil. Lakin sentyabrda dərc olunmuş sözlərinin fevral­da aparılmış yazısı göstərir ki, o virusun təhlükəsindən xəbərdar idi və onu bilərəkdən aşağılayırdı. Braziliyanın prezidenti Jair Bolsonaru koronavirus infeksiyasını “kiçik qrip” adlandırdı.
COVID-19 və qrip ilə bağlı ölüm səviyyəsini pandemiyanın əvvəlində dəqiq müqayisə etmək asan iş deyildi. Oktyabrda Böyük Britaniyada statistika göstərdi ki, 2020 ilin yanvarından avqusta qədər ölkədə koronavirusdan ölənlərin sayı qriplə pnevmoniyadan birlikdə ölənlərdən üç dəfə çox idi.

 

“XƏSTƏLƏNMƏNİN ARTMASI TESTLƏŞMƏNİN GÜCLƏNDİRİLMƏSİDİR”
Dissidentlərin çoxu hesab edir ki, kütləvi testləşdirmə aparılmasa da, heç nə dəyişməyəcək. Bu ehkamın da yayılmasına Donald Tramp səbəb oldu. “Testləşdirmə olmasaydı…bizdə xəstəlik halları demək olar ki, olmayacaqdı”, – iyunda tvitləşdi. Tramp israr edirdi ki, xəstələnmənin artması geniş miqyaslı diaqnostikanın birbaşa nəticəsidir. Belə qənaətə gəlmək olar ki, yoluxanların sayı eyni səviyyədə qalır, amma aparılan testlərin sayının artması xəstəliyin yayılması effektini yaradır.
Bu tezis dəfələrlə təkzib olunub, bunun üçün nisbətən sadə hesablama aparmaq yetər. STAT News göstərir ki, testlərin sayı artdıqca müsbət nəticələrin faizi də artdı. Bunu Floridanın timsalında görmək mümkündür. Mayın 13-də ştatda təxminən 15 min test aparılmışdır, 13 iyunda isə 65 mindən çox. Amma 13 mayda hər min testdən 32-i müsbət olmuşdursa, 13 iyunda bu rəqəm 193 oldu. Beləliklə, testləşdirmə ilə əhatə olunma artdısa, yoluxanların sayı daha çox artdı.

 

“LOKDAUN LAZIM DEYİL”
Lokdaunlar ləğv olunduğu məqamda beli bir fikirlər söylənirdi ki, karantin tədbirləri gərək deyildi, hətta səmərəsizdi. Demək, gələcəkdə də onlara ehtiyac yoxdur. Hesablamalara görə, İtaliyada fevraldan marta qədər lokdaun 200 min hospitalizasiya halının qarşısını aldı. London İmper kollecinin tədqiqatçıları hesab edir ki, 11 avropa ölkəsində martdan maya qədər karantin tətbiq olunmasaydı əlavə 3,1 mln ölüm hadisəsi baş verəcəkdi. Çində karantin 285 xəstəlik halının qarşısını aldı.

 

“KOLLEKTİV İMMUNİTET LAZIMDIR”
Lokdauna alternativ olaraq kollektiv immunitetin yaradılması strategiyası irəli sürülür. Hesab olunur ki, insanlara COVID-19 ilə xəstələnməyə “icazə” verilməlidir. Xəstəlikdən sonra sağalanlarda və sağ qalanlarda xəstəliyə qarşı immunitet inkişaf edəcək. İnsanların çoxu koronavirusa qarşı davamiyyət qazandıqdan sonra infeksiyanın qarşısı alınacaq. COVID- 19 keçirmiş adamlarda koronavirusa qarşı antitellər hasil olunur. Alimlərin fikrincə, onlar təkrar yoluxma riskini azaldır, amma immunitetin neçə müddət davam edəcəyi və gerçək qoruyucu təsirli olması məlum deyil. Təkrar xəstələnmə halları baş verir. Bu, yeni koronavirusa qarşı kollektiv immunitet nəzəriyyəsinin zəif yerlərindən biridir.
Populyasiya immuniteti məsələlərini öyrənən epidemioloqlar hesab edir ki, COVID-19 hadisəsində bu mümkün deyil, yaxud ona görə çox böyük bədəl ödəməli olacağıq. Amerikalı alimlər hesablayıb ki, immunitetin əldə olunması üçün ABŞ-da əhalinin 70%-i yoluxmalıdır. Bu isə 5-10 milyon hospitalizasiya və 2 milyon ölüm hadisəsinə səbəb olacaqdır. Hökuməti lokdaundan imtina etdiyi İsveçdə ölüm halları qonşu ölkələrdən xeyli çox oldu, ölkənin iqtisadiyyatı karantinin olmamasından demək olar ki, heç nə qazanmadı.

 

“MASKA LAZIM DEYİL”
Pandemiyanın əvvəlində bir çox beynəlxalq təşkilatlar (ÜST) və elm carçıları bir səslə bəyan edirdi ki, yoluxanlara qulluq etməyən adi adam­lara maska lazım deyil, onun faydası sübut olunmayıb. Bu siyasət apreldə dəyişdi. Hazırda mövcud olan konsensusa görə, maskalar infeksiya riskini effektiv dərəcədə azaldır.
Adamların çoxu hesab edir ki, maska taxmaq tələbi vətəndaş hüquqlarının pozulmasıdır, maskadan imtina etmək isə azad fikir ifadəsidir. Maskanın taxılması COVID-19 xəstəliyinin elmi əsaslı profilaktika üsuludur. Amma unutmaq olmaz ki, digər ehtiyat tədbirlərini də gözləmək vacibdir.


 68    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *