Bagla

Həkimdən soruş

Hekimden sorus







Qara magiya

Qara magiya müxtəlif simvollardan, formulalardan müxtəlif əşyalardan istifadə etməklə başqasına ziyan vurmaqdır. Ağ magiya isə qara magiyanın təsirlərini zərərsizləşdirmək, açmaq üçün işlədilir. 

 

Necə olur ki, qara magiya təsir göstərə bilir?
Qeyd etməliyəm ki, hər bir maddi varlıq müəyyən enerjinin daşıyıcısıdır. Bunlar insanın sağlamlığına uyğun olan və ya yad enerji də ola bilər. Qara magiyada istifadə olunan ünsürlər, əşyalar, o cümlədən qəbirsanlıq torpağı, ölü sümüyü, qıfıl, iynə, paslı mismar, nal və sair əşyalar güclü neqatif enerji yaratmaq üçün alətə çevrilə bilir. Ölü sümüyü ölünün enerjisini, neqativ enerjini daşıyır. Müxtəlif simvollardan, yazılardan istifadə etməklə cadügərlər ölü sümüyü və ölü torpağını kiminsə əleyhinə yönəldirlər. Bu əşyalar kiminsə əleyhində istifadə edildikdə onun sağlamlığı təhlükədə ola bilər. Beyni dumanlana, zehni və fikri qarışa bilər (Haşiyə: Qara magiyadan necə istifadə edilməsi barədə çox danışmaq istəməzdik. Çünki mətndən pis niyyətlə istifadə edilə bilər.)

 

İnsana zərər vuran, onun sağlamlığına pis təsir göstərən neqativ enerjilərdən ən böyüyünə bəd nəzəri misal göstərmək olar. Bunu hər kəs bilir və müdafiə olunmağa çalışır. Hər bir xalqın inancında mənfi enerjini götürmək üçün müxtəlif üsullardan istifadə edirlər. Üzərlik Azərbaycan xalqının tez-tez bu məqsədlə işlətdiyi bitkidir. Üzərliyin qoxusu neqativ enerjini götürür. Çiy yumurtanı da insanın aurası ətrafında fırladanda bir çox neqativ enerjiləri özünə çəkir və insanı müəyyən qədər təmizləyir.

 

Gözdəymədən qorunmaq üçün gözmuncuğu, dağdağan da xeyirlidir. Dağdağan ağacı və meyvəsi neqativ enerjidən qorumaq funksiyası daşıyır. Onu sapa düzüb asa da bilərlər. Evdə müəyyən yerə də asa bilərlər. Yeri gəlmişkən, bəd nəzərdən qorunmaq üçün nəzərə tuş gəlmiş adamın başına düz hərləmək həqiqətən çox effektiv təsir göstərir. Lakin duz hərləməyi bir neçə saat ərzində etmək daha məqsədəuyğundur. Belə olanda müsbət təsir tez əldə olunur. Duz kristalları insanın ətrafında olan neqativ enerjiləri götürür. 

 

Adətən yaxamıza boyunbağıya taxdığımız medalyonlar da neqativ enerjini götürməyə, bədnəzərdən insanı uzaq tutmağa kömək edir. Medalyonun asıldığı yerdə ürək çakrası yerləşir. O insanı bəd nəzərdən qoruyur. Hindistanda alında iki qaşın ortasına xal qoyulması neqativ enerjidən qorunma məqsədi daşıyır. Həmin nahiyədə insanın ən vacib, ali çakralarından biri yerləşir. Onu qorumaq məqsədilə xüsusi qoruyucu maddələrlə bilicilər tərəfindən belə xallar qoyulur.

 

Neqativ enerji ilə təsir vasitələrindən biri də qarğışlar, başqa sözlə bəddualardır.  Bəddua neqativ enerjinin söz vasitəsilə yönəldilməsidir. Necə ki, alqışlar insana müsbət təsir edirsə qarğışlar da elə təsir edir. Qarğışların insana təsir göstərməsi üçün həmin insanın içində enerji boşluğunun olması səbəb olur. Bu həmin adamın daşıdığı ağır karmadan irəli gəlir. Onun hazırki həyatında etdiyi yaramazlıqlar, günahlar, eləcə də qarğışa tutulma qorxusu və s. buna səbəb ola bilir. Qarğış edən adam həddən artıq qəzəbli, kinli olur. Qarğışı bütün içindən edir. Bu olduqca yolverilməz və ağır bir əməldir. 

 

Bəddua və qarğışlar edən insan ilk növbədə özünə ziyan vurur. Xeyli enerji itirir. İnsan öz enerjisini boş şeylərə, ziyanlı düşüncələrə nə qədər çox sərf edirsə, öz sağlamlığına bir o qədər zərbə vurmuş olur, ömrünü gödəldir. Özünə və öz yaxınlarına qarşı bir o qədər zərbə mənbəyi yaratmış olur. Neqativ enerji ilə təsir vasitələrindən biri də qarğışlar, başqa sözlə bəddualardır.  Bəddua neqativ enerjinin söz vasitəsilə yönəldilməsidir. Necə ki, alqışlar insana müsbət təsir edirsə qarğışlar da elə təsir edir. Qarğışların insana təsir göstərməsi üçün həmin insanın içində enerji boşluğunun olması səbəb olur. Bu həmin adamın daşıdığı ağır karmadan irəli gəlir. Onun hazırki həyatında etdiyi yaramazlıqlar, günahlar, eləcə də qarğışa tutulma qorxusu və s. buna səbəb ola bilir. Qarğış edən adam həddən artıq qəzəbli, kinli olur. Qarğışı bütün içindən edir. Bu olduqca yolverilməz və ağır bir əməldir. 

 

Ümumiyyətlə mənfi, neqativ gücə məruz qalmaq elə insanın özündən asılıdır. İnsan ruhən və mənəviyyatca nə qədər dayanıqlı və təmizdirsə, düşüncələri nə qədər safdırsa o zaman insana neqativ güclər və enerjilər az təsir göstərəcək. Əksinə neqativ enerjiyə qarşı insan xoflu və qorxahdırsa, sərf etdiyi enerji çoxaldığına görə onu əhatə edən qoruyucu aurası, enerji təbəqəsi azalmağa başlayır. Yad neqativ enerjilərin zərbə vurması asanalşır. Və bu hər an baş verir. İnsanların baxışları, fikir və düşüncələri, düşdükləri ab-hava da enerji daşıyıcısıdır.


 48    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *