Bagla

Həkimdən soruş

Hekimden sorus







Virusa qarşı inamla

Virus infeksiyalarına qarşı istifadə edilən çoxsaylı preparatlar arasında “Gedeon Richter” əczaçılıq şirkətinin məhsulu olan QROPRİNOSİN xüsusi yer tutur. QROPRİNOSİN kliniki sınaqlardan uğurla keçib və plasebonəzarətli tədqiqatlarda effektivliyini təsdiq edib. Əksər virus əleyhinə vasitələr və immunmodulyatorlar, təəssüf ki, sınaqdan keçirilməyib və səmərəsi sübuta yetirilməyib.

 

QROPRİNOSİNin təsir maddəsi olan inozin pranobeks hələ ötən əsrin 70-ci illərində ABŞ-da sintez olunmuşdur. Çoxsaylı klinik tədqiqatlar nəticəsində aşkar olunmuşdur ki, virus əleyhinə təsirindən başqa, QROPRİNOSİN güclü immunmodulyator təsirə də malikdir. Bu amil dərman vasitəsini virus infeksiyaların həm müalicəsində, həm profilaktikasında geniş istifadə edilməsinə imkan verir. Preparat dünyanın 70 ölkəsindən çoxunda istifadə edilir.

 

QROPRİNOSİNin immunmodulyator təsiri, ilk növbədə, T-limfositlərin yetişməsi və differensiyasına əsaslanır. QROPRİNOSİN T-helperlər və T-supressorların say nisbətini tarazlaşdırır, T-killerlərin aktivliyini artırır.
İmmunmodulyator təsir, həmçinin interferonun – yad mikroorqanizmlərin yoluxmasına cavab olaraq orqanizmin hasil etdiyi endogen zülalın artması hesabına təmin edilir. İnterferon müxtəlif bakteriyalar və viruslara qarşı orqanizmin mailliyini azaldır və onların öhdəsindən gəlməyə kömək edir. QROPRİNOSİNin göstərdiyi virus əleyhinə təsir virusun RNT-un inhibə olunması hesabına təmin edilir. Bundan başqa, inozin pranobeks virusun replikasiyası (kopiyası) üçün lazım olan fermentlərdən birini təsirsizləşdirir.

 

QROPRİNOSİNin aşağıdakı viruslar əleyhinə təsiri sübuta yetib:
– A və B tipli qrip virusları,
– Herpes simpleks sadə herpes virusu,
– Varicella Zoster virusu,
– qızılca virusu.
Qəbul edildikdən iki saat sonra qanda təsir maddəsini qatılığı maksimal səviyyəyə çatır. Preparatın bioloji mənimsənilmə səviyyəsi yüksəkdir: inozin pranobeksin 90%-i qana keçir. Qəbul edildikdən 24-48 saat sonra qroprinosin orqanizmdən tam xaric olunur. Kumulyasiya effekti yoxdur.

QROPRİNOSİNin istifadəsinə əsas göstəriş – zəifləmiş immunitet fonunda inkişaf edən virus infeksiyasıdır. Bu halda inozin pranobeks seçim preparatıdır.

 

QROPRİNOSİN KRVİ və qripə qarşı

Orqanizmin immun cavabı qənaətbəxşdirsə, respirator virus infeksiyası çox zaman aktiv müalicə tələb etmir. Bəzən sağalma üçün yalnız vaxt və simptomatik müalicə kifayət edir. Lakin immunitet zəifləyirsə, xəstəlik uzanır, əlamətləri ağırlaşır, ən pis halda bakterial infeksiya da birləşir. Belə hallarda KRVİ ya qrip tədricən angina, bronxit, hətta prevmoniyaya çevrilir. Fəsadlaşmanı vaxtında duymaq bəzən mümkün olmur. Odur ki, uşaq və ahıl yaşlarda, habelə immuniteti zəiflədən xroniki xəstəlikləri olan böyüklər arasında KRVİ və qripin müalicəsinə QROPRİNOSİN də daxil edilir. Bu zaman əlavə immun modulyatoru təyin edilmir. Preparat iki funksiyanı yerinə yetirir: həm virusla mübarizə aparır, həm də adekvat immun cavab yaradır.

Tez-tez xəstələnən uşaqlara QROPRİNOSİNin təyin edilməsi ayrıca vurğulanmalıdır. Bəzən, erkən yaşlı körpələr bütün payız-qış fəslini soyuqlayır. Bu uşaqlar üçün QROPRİNOSİN bir çıxış yoludur, zəruriyyətdir.

QROPRİNOSİN qripin profilaktikası məqsədi ilə də istifadə edilir. Kliniki tədqiqatlar sübut etmişdir ki, preparatın sağlamlaşdırma məqsədi ilə istifadəsi respirator viruslar və qripə yoluxma ehtimalını statistik dərəcədə azaldır.

 

QROPRİNOSİN herpesə qarşı

QROPRİNOSİN sadə herpes virusuna qarşı aktivliyi kliniki sübuta yetirilib. QROPRİNOSİN xəstəliyin kəskinləşmə hallarını azaldır, əlamətləri zəiflədir. Bu o deməkdir ki, nisbi sakitlik dövrü uzanır. Səpgilər də az yayılır və tez sağalır. Residivləşmənin profilaktikası məqsədi ilə QROPRİNOSİN xəstəliyin remissiya dövründə istifadə edilir. Labil herpes zamanı müalicə sxeminə yerli virus əleyhinə məlhəm və qroprinosin əlavə etmək kifayətdir.

 

QROPRİNOSİN suçiçəyinə qarşı

Hamıya tanış olan uşaq xəstəliyi, adətən tam təhlükəsizdir. Suçiçəyi bir neçə həftəyə keçir və xüsusi müalicə tələb etmir. Amma zəif immunitetli uşaqlar xəstəliyi ağır keçirir. Böyük yaşlarda isə bu, ciddi xəstəlikdir. QROPRİNOSİNlə müalicə xəstəliyin müddətini xeyli qısaldır, gedişatını yüngülləşdirir, səpgiləri azaldır. Suçiçəyi bir neçə həftə davam edir, sonra davamlı immunitet formalaşır. Demək, övladınız bir də suçiçəyinə yoluxmayacaq. Lakin Varicella Zoster virusu bəzi hallarda “yarıyuxulu” halda orqanizmdə yaşamağa davam edir. Böyüklərdə immunitet zəiflə­yəndə kəmərləyici dəmrov inkişaf edə bilər. Xəstəliyin müalicəsində QROPRİNOSİNin xüsusi yeri var.

 

QROPRİNOSİN qızılcaya qarşı

İcbari vaksinasiyanın tətbiqindən sonra qızılca nadir hadisəyə sevrilib. Həm pasiyentlər, həm də həkimlər bu ağır yoluxucu xəstəliyi unutmağa başladı. Lakin vaksinlərin zərəri haqqında son zamanlar yayılan cəfəng fikirlərin nəticəsi kimi qızılca halları arabir qeydə alınır. QROPRİNOSİN xəstəliyin gedişatını yüngülləşdirir. Kliniki əlamətlər, hətta ən güclü uşaqları üzür. Böyüklərdə isə qızılcanın müalicəsi xüsusi virus əleyhinə müalicə tələb edir ki, buraya mütləq QROPRİNOSİN də daxildir.

 

QROPRİNOSİN. Buraxılış forması
Preparat 500 mq-lıq tablet və 3 yaşından yuxarı uşaqlar üçün sirop şəklində buraxılır.

 

QROPRİNOSİN: tövsiyyə edilən doza
İstifadə qaydasına əsasən, QROPRİNOSİNin standart dozaları pasiyentin bədən çəkisinə görə hesablanır. Preparatın orta dozası sutkada bir kiloqram çəkiyə görə 50 mq inozin pranobeks təşkil edir. Qəbul sayı – 3-4 dəfə.
Hüceyrəni qorumaqla virusu məhv etmək çətindir. Bununla bağlı, təsirli virus əleyhinə preparat azdır və onların əksəriyyəti spesifikdir, yəni müəyyən virusa təsir edir.
Xoşbəxtlikdən, Azərbaycan əczaçılıq bazarında geniş virus çeşidinə qarşı birbaşa qeyri-spesifik təsirli preparat var ki, onun adı – QROPRİNOSİNdir!

 

Bu məqalə informativ xarakter daşıyır.
Məqalə mütəxəssis məsləhətini əvəz edə bilməz. Sağlamlığınızla bağlı suallar yaranırsa, həkiminizlə məsləhətləşin.

 


 56    PAYLAŞ |

Bir cavab yazın

E-poçt ünvanınız dərc olunmayacaq. Gərəkli bölmələr işarələnib *